Azərbaycan dünya təhlükəsizliyinə öz töhfəsini verəcək
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik məsələlərində aktiv və əvəzedilməz ölkəyə çevrilməsi bir faktdır. Cənubi Qafqaz, Yaxın Şərq problemlərinin həll edilməsi üçün Azərbaycanın oynadığı vasitəçilik rolu böyük olmaqla yanaşı həmçinin neokolonializmdən əziyyət çəkən ölkələrin də ümid yeri olub. Bu baxımdan Bakıda keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində mühüm rol oynayacağı mütləqdir. Məsələ ondadır ki, Azərbaycan dövləti uzun illər ərzində problemli Qarabağ və ətraf rayonların işğalı məsələlərində bilavasitə özü məşğul olub. Bu zaman istər region, istərsə də beynəlxalq güclərlə apardığı danışıqlar zamanı böyük təcrübə toplamaqla yanaşı həmçinin həmin güc mərkəzlərinin istək və oyun qurma xüsusiyyətlərinə bələd olub. Onlarla necə danışıq aparmaq yollarını təcrübə edib. Bu baxımdandır ki, apardığı Vətən müharibəsində həmin beynəlxalq güclər Azərbaycana ciddi maneələr yarada bilmədilər və ya istəmədilər. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir Azərbaycanın təcrübə və fikirlərinə ehtiyacı olan ölkələrə yaxşı məktəb ola bilər. Azərbaycanın iştirak etdiyi böyük tədbirlərin daim nəticələri də böyük olub. Odur ki, bu tədbirin də uğurlu olacağına şübhə yoxdur. Azərbaycan həmişəki kimi dünya təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.
Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Bu mövzuda digər xəbərlər:Film Azərbaycan mədəniyyətinə öz töhfəsini verəcək
21 Dekabr 2024 13:08
Azərbaycan yeni şəhərsalma standartlarının formalaşmasına öz töhfəsini verəcək
17 May 2026 14:37
Pakistanın Baş naziri: Azərbaycan D8in hədəflərinə çatmasına öz töhfəsini verəcək
19 Dekabr 2024 14:57
Yeni yolun tikilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək EKSPERT ŞƏRH ETDİ
29 May 2025 10:33
“Azərbaycan öz təhlükəsizliyinə qarşı hər təhdidə qəti cavab verəcək” ŞƏRH EDİLDİ
06 Mart 2026 16:12
Baxış sayı:206
Bu xəbər 22 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















