Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Azərbaycan dünyada sülhün, sabitliyin bərqərar olmasının tərəfdarıdır

Azərbaycan dünyada sülhün, sabitliyin bərqərar olmasının tərəfdarıdır

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizin Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir çox məqamlara toxundu, 2024-cü ildə əldə olunmuş uğurların, nailiyyətlərin nəticələrini dəyərləndirdi. Eyni zamanda, Azərbaycanın son illərdə əldə etdiyi mühüm qələbələr, sosial sahədə atılan addımlar müsahibədə önə çəkildi.

Azərbaycanın iqtisadi inkişafına, ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış yeni tarixi reallıqlarına diqqət yetirən cənab İlham Əliyev bildirib ki, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

Azərbaycanınziddiyyətlərlə dolu dünyamızda qazandığı uğurlar, nailiyyətlər ölkə Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Yola saldığımız 2024-cü ilin yekunlarına nəzər salanda əldə olunaniqtisadi ciddi artımlar xüsusi ilə nəzərə çarpır. Belə ki, ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb, qeyri-neft sektoru və qeyri-neft sənayesi sahələrində də müsbət nəticələr əldə edilib. Ölkənin valyuta ehtiyatları 72 milyard dollar səviyyəsinə çatıb, xarici borc isə 5,2 milyard dollar təşkil edib ki, bu da ölkənin iqtisadiyyatını gücləndirən əsas faktorlardandır.

Azərbaycanın ümumi daxili məhsulunun xarici borca olan nisbəti barədə danışan dövlətimizin başçısı bildirib ki, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə, doğrudan da, çox böyük nəticədir. Göründüyü kimi müstəqil ölkəmizin iqtisadiyyatının heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Bu da onu təsdiq edir ki, möhkəm təməl üzərində qurulan iqtisadiyyatın gələcək inkişafı qaçılmazdır.

Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar ölkəmizin müdafiə qüdrətinin, hərbi gücümüzün də artmasına şərait yaradıb.Xalqımızın Qalib Lideri müsahibəsində Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə hərbi büdcəsini rekord həddə, 8,4 milyard manata yüksəltdiyini açıqladı: "Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz".

Aydındır ki, Azərbaycanın hərbi gücünün artmasıölkəmizin təhlükəsizliyi ilə yanaşı regionda sülhün qorunmasında, sabitlik və dayanıqlı inkişaf mühitinin təmin olunmasında mühüm əhəmiyyətə malikdir. İşğalçılıq siyasəti ilədünyada gözdən düşən Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasına ötəri baxmaq olmaz. Faşist xislətli qonşu ölkənin silahlanması təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün növbəti təhdiddir.

Ölkəmizin Prezidenti cənab İlham Əliyev müsahibəsindəAmerika, Avropa İttifaqı və Ermənistanəməkdaşlıq platformasına da münasibət bildirib: “Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz".

Azərbaycan Cənubi Qafqazın sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olması üçün öz mövqeyini müdafiə edəcək. Ermənistanın, havadarlarının, regionda sülhü, sabitliyi pozmaq istəyən qüvvələrin məkrli planları yenə də iflasa uğrayacaq. Hər an, hər dəqiqə xalqının yanında olan cənab İlham Əliyev onu da qətiyyətlə bəyan etdi ki, ölkəmiz bu məsələlərdə, sadəcə, tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi eyni zamanda, sülhün, təhlükəsizliyin, sabitliyin dünyada bərqərar olmasının tərəfdarı olan ölkəmizin rəhbərinin beynəlxalq aləmə ünvanlanmış növbəti qətiyyətli mesajı oldu.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see268

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see251

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see148

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see146

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri