Azərbaycan dünyada “tıxac liderləri”ndən biridir Beynəlxalq statistika açıqlandı
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycan dünyada nəqliyyat infrstrukturundakı tıxac səviyyəsinə görə “lider” ölkələrdən biridir.
“AzPolitika” xəbər verir ki, dünyanın müxtəlif şəhərlərində həyat keyfiyyəti və təhlükəsizlik haqqında məlumatlar dərc edən “Numbeo” resursunun qlobal trafik indeksi reytinqində Azərbaycan 162,2 balla 27-ci yerdə qərarlaşıb. Bu göstərici nə qədər yüksək olarsa, müəyyən bir ölkədə nəqliyyat sıxlığı və nəqliyyat əlçatanlığı bir o qədər pisdir.
Reytinqə görə, Azərbaycanda səyahət vaxtı orta hesabla 40,2 dəqiqə olub ki, bu da kifayət qədər pis göstərici sayılır. Nəqliyyat sisteminin səmərəsizliyi indeksi isə ölkəmizdə 196,5 olub ki, bu da ictimai nəqliyyatdansa şəxsi avtomobillərə üstünlük verilməsini, insanların işə gedərkən və gələrkən yollarda çox vaxt sərf etməsini göstərir.
Bu indeks dəyərlərinə görə region ölkələrindən Ermənistan 71-ci, Gürcüstan isə 53-cü yerdə qərarlaşıb. Azərbaycan 27-ci yerdə olmaqla, “liderdir”.
Reytinqdən belə məlum olur ki, Türkiyədə (12-ci yer), İranda (8-ci yer) və Rusiyada (19-cu yer) vəziyyət Azərbaycandan da pisdir.
Qlobal reytinqdə ən pis göstəricilər Nigeriya, Kosta-Rika, Şri-Lanka, Banqladeş və Keniyada qeydə alınıb. Ən yaxşı vəziyyət Estoniya, Avstriya və Finlandiyadadır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 20 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















