Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir: siyahıda daha kimlər var?
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 33-cü yerdədir.
Globalinfo.az xəbər verir ki, siyahı dünyanın həyat səviyyəsi və dəyərini ölçən ən iri məlumat bazası olan “Numbeo”nun saytında yer alıb.
147 ölkə arasından tətbiq edilən siyahını ən təhlükəsiz ölkə kimi Andorra açır, ən sonda Venesuela yer alıb.
Azərbaycan 33, Gürcüstan 21, Türkiyə 57, İran 93, Rusiya isə siyahıda 51-ci yerdədir.
Maraqlısı budur ki, siyahıda ən təhlükəsiz ölkələrin ilk onluğunda Ermənistan da yer alıb. Hazırki reallıqlar nəzərə alınaraq Ermənistanın bu siyahıda 8-ci yerdə olması inandırıcı görünmür.
Aysel Əliyeva
Globalinfo.az

Ərdoğan: Türkiyə terrorla mübarizədə dünyanın ən qətiyyətli ölkələrindəndir
02 Mart 2025 00:55
Dünyanın ən təhlükəsiz ölkələri
12 Yanvar 2025 18:23
Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı
21 Yanvar 2025 09:52
Dünyanın ən təhlükəli qidaları Siyahıda simit də var
01 Mart 2025 06:16
Dünyada ən çox və ən az yatan xalqlar Siyahıda Azərbaycan da var
11 Mart 2025 15:46

