Icma.az
close
up
RU
Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində yerini daha da möhkəmləndirir

Azərbaycan dünyanın siyasi və iqtisadi xəritəsində yerini daha da möhkəmləndirir

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycan postsovet məkanında stabil, inkişaf edən lider ölkə statusunu qoruyub saxlamaqdadır. Bu statusun qazanılmasında, şübhəsiz ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu önəmli rol oynayır. 

Dövlət başçısının Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsində bu və digər məsələlər geniş analiz edilib, müxtəlif suallara cavab verilib. Reallıq odur ki, 2024-cü il Azərbaycan tarixinə beynəlxalq tədbirlərin keçirildiyi, mühüm qərarların qəbul edildiyi il kimi düşüb. Prezident də müsahibəsində bu və digər məsələləri geniş analiz edib, proqnozlar səsləndirib.

Bu müsahibədən çıxan əsas xətt ondan ibarətdir ki, Azərbaycan üçün prioritet bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılmasıdır və bu xəttə də 2024-cü ildə sadiqlik nümayiş etdirilib. Şübhəsiz ki, Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası oldu. Bunu da beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdi.

Otuz il Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar Azərbaycana yardımçı olmadılar. Prezident Çin nəşrinə müsahibəsində bu məsələyə toxunub. Bildirib ki, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı: "Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”.

Prezidentin müsahibəsindən irəli gələn mühüm məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan uğurlu xarici siyasət kursu ilə dünyada nüfuzunu artırıb və bu xətt də davam edəcək. Bu sırada isə COP29-un xüsusi rolu oldu.

Azərbaycanın ötən il ən böyük uğuru təxminən 200 ölkəni bir araya gətirən COP29 iqlim konfransına ev sahibliyi etməsi oldu. Prezidentin də ifadə etdiyi kimi, bu, böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi.

Azərbaycan Prezidenti bəyan edib ki, əslində, biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük: "Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir”.

Yeri gəlmişkən, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. 

Yeri gəlmişkən, Prezidentin Çin nəşrlərinə müsahibəsi artıq ənənəyə çevrilib. Bu da təsadüfi deyil. Ölkələrimiz arasında münasibətlər strateji önəm kəsb etməkdədir. Çin kimi fövqəldövlətlə münasibətlərin strateji önəm kəsb etməsi Azərbaycan üçün tarixi uğurdur.

Prezident də bildirib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular: "Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq 

çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Dövlət başçısı onu da deyib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir.

Bəlli olduğu kimi, Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Prezident bu məsələni müsahibəsində xüsusi qeyd edib: "Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.

Müsahibədə diqqətçəkən məqamlardan biri də odur ki, Prezident bütün ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərə böyük önəm verdiyini bildirib. Məsələn, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması da Azərbaycanın çoxvektorlu siyasətinin nəticəsidir. Dövlət başçısı vurğulayıb ki, şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır: "Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır”.

Bundan əlavə, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.

Yekun olaraq onu deyə bilərik ki, Prezident İlham Əliyev növbəti müsahibəsi ilə Azərbaycanın tək bölgədə deyil, qlobal miqyasdakı rolunu açıq şəkildə bəyan etdi.

Naftalan şəhər sakini Kəmalə Hüseynova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri