Azərbaycan Duz İstehsalat Birliyi beynəlxalq sertifikatlara sahibdir
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Duz İstehsalat Birliyinin məhsulları “AzərDuz”, “Salute”, “Bizim Duz”, “Alfa” markaları adı altında bazara təqdim edilir. Adı çəkilən markalar İtaliya, Almaniya, Türkiyə kimi ölkələrdən gətirilmiş ən son texnoloji avadanlıqlar ilə təchiz edilən Masazır Duz Zavodunda istehsal olunur və qablaşdırılır.
Məhsullar ölkədaxili tələbatı ödəməklə yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan, və digər ölkələrə də ixrac olunur.
İstifadəyə verildiyi ilk gündən daim yenilik və tərəqqi axtarışında olan, eləcə də yeni sistem və layihələr üzərində çalışan Azərbaycan Duz İstehsalat Birliyi bir çox beynəlxalq sertifikatlara layiq görülüb. TS EN ISO 9001-2015, Uyğunluq Sertifikatı, Gigiyenik Sertifikat, Kosher və digər sertifikatların adını qeyd etmək olar.
Həmçinin müəssisə fəaliyyətə başladığı gündən etibarən daim ətraf kəndlərdə yaşayan aztəminatlı ailələrə dəstək və yardım göstərməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 Fevral 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















