Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Azərbaycan düzgün siyasət yeridərək böyük təcrübə qazanıb

Azərbaycan düzgün siyasət yeridərək böyük təcrübə qazanıb

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


Layihə


İndi isə öz təcrübəsini müstəmləkə dövlətlərlə bölüşür


Bakı dənizaşırı ada dövlətlərinin sakinlərinə beynəlxalq arenaya çıxmaq imkanı yaratmaqla çox faydalı bir iş görmüş oldu



Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasında görüş keçirilib. Əcnəbi media nümayəndələrinin Bakıya səfəri və görüşləri Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA) və BTQ-nin idarə heyətlərinin üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Mətbuat Şurası Azərbaycan mətbuatı ilə hökuməti arasında körpü rolunu oynayır: "Qurumun başlıca missiyası media ilə bağlı şikayətləri araşdırmaqdır. Bu zaman “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nı əsas götürürük. Yəni qaydalar pozulubsa, bununla bağlı media orqanlarına tövsiyələr ünvanlayırıq. Azərbaycanda media fəaliyyətinə hər zaman böyük önəm verilib".

Onun sözlərinə görə, Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyası və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvüdür: "Eyni zamanda Mətbuat Şurası dünyanın bir çox jurnalist qurumları ilə də aktiv əməkdaşlıq şəraitində çalışaraq onların qabaqcıl təcrübəsini Azərbaycana gətirməyə səy göstərir".

R.Məcid söyləyib ki, son dövrlər qlobal medianın Azərbaycana qarşı da ədalətsizliyi müşahidə olunur:

"Mətbuat Şurası fəaliyyətini həm də beynəlxalq medianın Azərbaycana qarşı yol verdiyi xoşagəlməz hallara reaksiya verməklə qurur, bəyanatlar yayaraq dünyanın media ictimaiyyətinin diqqətinə əsl həqiqətləri çatdırır. Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri olaraq sizlər də beynəlxalq ədalətsizliklərlə üz-üzəsiniz. Bu mənada da bizləri birləşdirən ortaq nöqtələr var və bunu da birgə əməkdaşlıq fazasında birləşdirməliyik. Çünki məqsədimiz haqq və ədalətə töhfə verməkdir".

MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, Azərbaycan mətbuatı üçün bu il çox əhəmiyyətlidir: "Biz Azərbaycan milli mətbuatın yaranmasının 150-ci ildönümünü qeyd edirik. Hazırda Azərbaycanda 10 televiziya kanalı fəaliyyət göstərir. Onların içərisində ingilis və rus dilində yayım aparanları da var. Azərbaycanda fəaliyyət göstərən dörd informasiya agentliyi isə 10-a yaxın dildə informasiyalar çatdırır. MEDİA jurnalistlərin peşəkarlığının artırılmasına, eyni zamanda media orqanlarının iqtisadi müstəqilliyinə dəstək göstərir".

BTQ-nin İdarə Heyətinin sədri Abbas Abbasov qeyd edib ki, dənizaşırı ada dövlətlərinin media mənsublarının Azərbaycan mətbuatının peşəkarları ilə görüşü təcrübə və fikir mübadiləsi baxımından uğurlu olacaq.

Xatırladaq ki, Fransa müstəmləkələrindən olan jurnalistlər daha sonra deputatlarla görüşüb. 

Milli Məclisdə keçirilən görüşdə Bakı Təşəbbüs Qrupunun rəhbərliyi və Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvləri, deputatlar Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli iştirak ediblər.

Cavanşir Feyziyev qeyd edib ki, Fransa kimi ölkələr bu gün də öz müstəmləkəçilik siyasətini davam etdirir, yerli xalqların hüquqlarını pozur, onların təbii sərvətlərindən istifadə edir.

Deputat Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində də müstəmləkə xalqlarının qarşılaşdığı problemləri gündəmə gətirib: “Azərbaycan bütün vasitələrdən istifadə edəcək ki, sizin haqq səsinizi dünyaya çatdıra bilsin”.

Deputat Azər Kərimli Fransa müstəmləkələrindən olan media nümayəndələrinə ermənilərin Xocalıda törətdiyi soyqırımı barədə məlumat verib: “Fransanın təzyiqlərinin səbəblərindən biri də Azərbaycanın Fransa neokolonializmindən əziyyət çəkən xalqlara verdiyi dəstəkdir. Ancaq buna baxmayaraq, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”.

Yeni Kaledoniyadan olan “Radio Djiido” və “Radio Kanaky”nin koordinatoru Qaeze Andre qeyd edib ki, hazırda Fransa ilə bir sıra səlahiyyətlərin qaytarılması üçün danışıqlar gedir: “Biz Azərbaycanla media sahəsində əməkdaşlığı yaxşılaşdırmaq istəyirik. Bizim ağrımız, acımız eynidir. Biz bir daha sizə təşəkkür edirik ki, COP29-da da bizim məsələmizi gündəmə gətirmisiniz”.

Deputat Şahin İsmayılov qeyd edib ki, Fransa xüsusilə saxta xəbərlərlə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir: “Əsasən Azərbaycanda keçirilən böyük tədbirlər zamanı bundan istifadə edirlər. Amma dəyişməyən bir gerçəklik hər zaman özünü doğruldur ki, haqlısansa, qalib gəlirsən”.

Deputat Tural Gəncəliyev Fransanın müstəmləkəçilik tarixindən danışıb: “Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkir. Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiq və siyasi təsirini saxlamaqda davam edir”.

Qvadelupadan gələn “CANAL10” telekanalının jurnalisti Zandronis Danik bildirib ki, Fransa hərbi gücdən istifadə edir: “Bizə KİV olaraq öz işimizi aparmaq çox çətindir. Çünki məlumatların yayılması ilə bağlı çətinliklərlə üzləşirik. Bu istiqamətdə bizim müqavimətimiz davam edəcək və biz sizinlə birgə olmalıyıq. Çünki bizə çətinlik yaradırlar. Onlar biləndə ki, biz Azərbaycana gedirik, hüquq-mühafizə orqanları bizi sorğu-sual edir, ora nə üçün getdiyimizi bilmək istəyirlər. Fransa KİV sahəsində də dominantlığı qoruyur ki, düzgün məlumatlar çatdırılmasın. Lakin biz çalışırıq ki, həqiqətləri göz önünə gətirək”.


Dənizaşırı ada dövlətlərinin media mənsublarının Azərbaycana səfərini dəyərləndirən Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan mətbuatının peşəkarları ilə görüşüb təcrübə və fikir mübadiləsi aparması gələcəkdə onların öz hüquq və azadlıqlarını bərpa etmək üçün çox işlərinə yarayacaq: 

seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri