Azərbaycan əhalisinin sayı 10 milyon 73 min nəfəri ötüb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dövlət Statistika Komitəsinin yarımillik məlumatında ilin əvvəlindən ölkəmizdə əhalinin 11 min 99 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 73 min 450 nəfərə çatdığı bildirilir.
Qeyd edilir ki, əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi kəndlərdə yaşayır. Sakinlərin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu il avqustun 1-dək 38 min 179 nəfər keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb. Bununla, işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 min 746 nəfərə çatıb.
6 ayda Azərbaycanda 19 mindən çox nikah bağlanıb, 9 min 776 boşanma qeydə alınıb. Bu müddətdə 40 min 798 uşaq doğulub.
İlin I yarısında daimi yaşamaq üçün ölkəmizə 2 min 85 nəfər gəlib, 1159 nəfər isə Azərbaycandan gedib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















