Azərbaycan əhalisinin yanacaq xərcləri artıb RƏQƏMLƏR
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 271 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Bu barədə “Ölkə.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,3 % çoxdur.
Ötən ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.
Baxış sayı:72
Bu xəbər 13 Fevral 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















