Icma.az
close
up
RU
Azərbaycan “Ekspo 2025”də

Azərbaycan “Ekspo 2025”də

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi işinə başlayıb.

Rəsmi açılışda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak ediblər.

155 hektardan çox ərazini əhatə edən “Ekspo 2025”də, ümumilikdə, 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə “Ekspo 2025”ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

2000-ci ildən “Ekspo” sərgilərində uğurla təmsil olunan Azərbaycan bu ilki iştiraka böyük əhəmiyyət verir.

Sərgi çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Mərasimdə Azərbaycanın “Ekspo 2025” üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Ekspo 2025”in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak ediblər.

Azərbaycan pavilyonu “Ekspo 2025”in “Həyatları əlaqələndirmək” bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda, dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.

Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, milli irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.

Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar “Azərbaycan ağacı”, “Yapon ağacı”, Azərbaycan və yapon ağaclarının sintezi olan “Dostluq ağacı”dır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri