Azərbaycan elektrikli avtobusların istehsalına başlayır DƏQİQ TARİX VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıtda müasir standratlara cavab verən elektrikli avtobusların istehsalına başlanılacaq.
Avtosfer.az xəbər verir ki, istehsal müəssisəsinin Sumqayıt Kimya Sənaye Parkında Çinin "BYD" şirkəti tərəfindən fəaliyyətə başlaması nəzərdə tutulur.
May ayından etibarən ilk elektrikli avtobusların yığımına başlanılacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyyətinin sədr müavini Emil Hacıyev bildirib ki, illik istehsal gücü 300 ədəd elektrikli avtobus istehsalı təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobusun yığılması nəzərdə tutulur.
Layihə ümumilikdə 2 mərhələyə bölünüb. Proses 2030-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edilib ki, yeni avtobuslar ilk olaraq Bakıda müntəzəm avtobus marşrutlarında, daha sonra isə digər şəhər və rayonlarda istifadəyə veriləcək.
Ətraflı videomaterialda.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Fevral 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















