“Azərbaycan əleyhinə paylaşım edənlərin cavabları verilməlidir” Video
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ öz sosial media hesablarında videomüraciət yayaraq son vaxtlar Azərbaycana əleyhinə aparılan kampaniyaları tənqid edib.
Yeniavaz.com xəbər verir ki, o, bunun araxsında üçüncü ölkələrin kəşfiyyat xidmətlərinin dayandığını bildirib.
“Son günlər sosial şəbəkələrdə Azərbaycanı, eləcə də Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan mütəşəkkil bir hücum kampaniyası həyata keçirilir. Bəzi trol və təxribatçılar tərəfindən qardaş Azərbaycana yönələn çox ağır hücum kampaniyası gedir. Bu hücumların arxasında hansı ölkələrin kəşfiyyat təşkilatlarının dayandığını təxmin edirik”, - deyə Özdağ bildirib.
O qeyd edib ki, türkiyəlilərin Azərbaycana olan baxışına Azərbaycanın digər dövlətlərlə olan münasibətləri təsir etməməlidir:
“Azərbaycanı İsraillə olan münasibətlərinə görə tənqid etmək haqqımız yoxdur. Digər tərəfdən bu haqlı bir tənqid də deyil”.
Ü. Özdağ, həmçinin sosial şəbəkələrdə Azərbaycanı təhqir edən hesabların bağlanmalı olduğunu, Azərbaycan əleyhinə paylaşım edənlərin isə cavablarının verilməli olduğunu deyib.
Türkiye'den sosyal medya üzerinden troller aracılığı ile kardeş ülke Azerbaycan'a yönelik organize bir saldırı yapılıyor! Bir millet, iki devlet anlayışıyla kardeşliğimize yönelik her türlü saldırı kötü niyetli ve alçakçadır! Yaşasın Türkiye-Azerbaycan kardeşliği https://t.co/FjKwjD4j53
— Ümit Özdağ (@umitozdag) October 6, 2026
Bu mövzuda digər xəbərlər:İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası VİDEO
08 Noyabr 2024 21:25
“Azərbaycan əleyhinə kampaniyalar aparırlar”
12 Oktyabr 2026 16:13
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı
06 Oktyabr 2026 11:32
İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası Video Yeni Sabah
08 Noyabr 2024 20:38
Gürcüstanda Azərbaycan əleyhinə mitinq: hədəf nədir?
14 Noyabr 2024 14:20
Baxış sayı:102
Bu xəbər 07 Oktyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















