Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli mənəvi dəyərlərini əks etdirir
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində əməkdaşlar üçün maarifləndirici görüş keçirilib. Görüşün qonağı AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü olub.
525.az xəbər verir ki, Təranə Şükürlü çıxışında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və milli kimliyinin təntənəsi olduğunu söyləyib.
Dilçi-alim vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Tədbirdə Azərbaycan dilinin tarixi inkişaf yolu, əlifbamızın formalaşması, ana dilimizin qorunmasının əhəmiyyəti və dil mədəniyyətinin gündəlik həyatda rolu barədə ətraflı məlumat verilib.
Görüş əməkdaşlar üçün mövzu ətrafında fikir mübadiləsi aparmaq və ana dilimizin dəyərləri barədə biliklərini daha da zənginləşdirmək imkanı yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















