Icma.az
close
up
RU
Azərbaycan elminin inkişafına verilən əvəzsiz töhfə

Azərbaycan elminin inkişafına verilən əvəzsiz töhfə

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tibb elminin tarixində silinməz iz qoymuş şəxsiyyətlərdən biri də akademik Zərifə Əliyevadır. Onun həyatı və fəaliyyəti bütövlükdə insan sağlamlığına xidmətin parlaq nümunəsidir. 15 aprel – onun anım günü – yalnız bir alimə ehtiram deyil, həm də elmə və insanlığa sədaqətin yad edildiyi bir gündür.

Zərifə xanım həkimlik peşəsini sadəcə bir ixtisas kimi deyil, həyat missiyası kimi seçmişdi. O, tibb sahəsinə qədəm qoyduğu ilk gündən insanlara faydalı olmağı qarşısına məqsəd qoymuşdu. Bu məqsəd onun bütün həyat yolunu müəyyənləşdirdi.

O, uzun illər ərzində həm praktik həkim, həm də pedaqoq kimi fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışaraq göz xəstəlikləri sahəsində ixtisaslaşmışdır. Elmi biliklərinə və peşəkarlığına görə göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunması onun nüfuzunun göstəricisi idi.

Zərifə Əliyevanın həyatı Azərbaycan səhiyyəsinə xidmətin bariz nümunəsidir. O, yalnız xəstələri müalicə etməklə kifayətlənmirdi, eyni zamanda xəstəliklərin yaranma səbəblərini araşdırır, onların qarşısının alınması yollarını axtarırdı.

Onun fəaliyyəti nəticəsində oftalmologiya sahəsində mühüm yeniliklər tətbiq olunmuş, bir çox xəstəliklərin müalicəsində daha effektiv üsullar formalaşmışdır. Xüsusilə istehsalatla bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi onun elmi fəaliyyətində mühüm yer tuturdu.

Zərifə xanım Əliyevanın alim kimi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. O, oftalmologiyanın müxtəlif sahələrinə dair geniş araşdırmalar aparmış, göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində mühüm nəticələr əldə etmişdir.

Onun elmi yanaşması hər zaman yeniliyə açıq olmuş, müasir metodların tətbiqinə üstünlük vermişdir. Bu xüsusiyyətlər onu həm ölkə daxilində, həm də beynəlxalq elmi mühitdə tanınan alimlərdən birinə çevirmişdir.

Zərifə Əliyeva yüksək mənəviyyatı, sadəliyi və insanlara olan diqqəti ilə seçilən bir insan idi. O, ailəsinə bağlı, qayğıkeş ana və sadiq həyat yoldaşı kimi də nümunə göstərilirdi. Onun həyat yoldaşı, ümummilli lider Heydər Əliyev hər zaman onun haqqında böyük hörmətlə danışmışdır.

Ulu Öndər Zərifə xanımı yalnız görkəmli alim kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət kimi qiymətləndirirdi. O qeyd edirdi ki, Zərifə Əliyeva öz həyatını insanlara xidmətə həsr etmiş, ailəsində isə daim mehribanlıq və səmimiyyət mühiti yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də çıxışlarında Zərifə xanımın həyat yolunu böyük ehtiramla xatırlayır. O bildirir ki, Zərifə Əliyeva həm alim, həm də ana kimi yüksək dəyərlərin daşıyıcısı olmuş, Azərbaycan elminin inkişafına əvəzsiz töhfələr vermişdir.

Akademik Zərifə Əliyevanın həyatı bir daha sübut edir ki, elmə və insanlara sevgi ilə yanaşan insanın izi heç vaxt silinmir. Onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələr, elmi irsi və mənəvi dəyərləri bu gün də yaşayır.

15 aprel tarixi isə bizə bu böyük şəxsiyyəti bir daha xatırladır və onun keçdiyi həyat yolundan örnək götürməyə çağırır.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri