Icma.az
close
up
RU
Azərbaycan Əmmana müntəzəm aviareyslərin təşkili imkanlarını nəzərdən keçirir

Azərbaycan Əmmana müntəzəm aviareyslərin təşkili imkanlarını nəzərdən keçirir

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Əmmana müntəzəm aviareyslərin təşkili imkanlarını nəzərdən keçirir. SİA xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Bakıda keçirilən Ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının dördüncü iclasında bildirib.

"Azərbaycan Hava Yolları" QSC bu il yay mövsümü üçün Bakı və Əmman arasında birbaşa reyslər təşkil edib və biz hazırda növbəti yay mövsümündə də bu reyslərin təşkili imkanlarını qiymətləndiririk. Biz təkcə çarter reyslərinin deyil, həm də müntəzəm reyslərin həyata keçirilməsi və onların kommersiya baxımından cəlbediciliyinin artırılması yollarını öyrənəcəyik. Xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə iki ölkədə müvafiq məlumatlandırma prosesinin həyata keçirilməsində turizm agentliklərimizin rolu çox vacibdir", - S.Babayev bildirib.

O qeyd edib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 8 574 İordaniya vətəndaşı səfər edib.

"Biz bu il Azərbaycana səfər edən iordaniyalı turistlərin sayında kifayət qədər böyük artım müşahidə edirik. Yanvar-sentyabr aylarında turistlərin sayı 8 574 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çoxdur. Bu, yaxşı nəticədir, lakin malik olduğumuz potensialdan aşağıdır. İordaniyaya səfər edən azərbaycanlıların sayına nəzər saldıqda isə 105 % artım görürük. Bu göstərici ötən illə müqayisədə artsa da, olduqca kiçik rəqəmdir və bu, məlumatlılıq səviyyəsini artırmaq, kampaniyalar keçirmək və əlbəttə ki, azərbaycanlıların İordaniya şəhərlərinə səfərlərinin sayını artırmaq üçün müvafiq şəraitin yaradılmasına təkan verir", - S.Babayev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri