Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? ARAŞDIRMA
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərzaq məhsullarından dərman vasitələrinə, avtomobillərdən sənaye xammalına qədər bir sıra məhsullar Azərbaycana xarici ölkələrdən gətirilir.
Yerli istehsalın mövcud olduğu sahələrdə belə idxalın davam etməsi ölkənin hansı məhsullarda xarici təchizatdan asılı olduğunu gündəmə gətirir.
AZXEBER.COM xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 934,9 milyon ABŞ dolları təşkil edib. Bunun 11 milyard 423,4 milyon dolları idxalın, 22 milyard 511,5 milyon dolları isə ixracın payına düşüb. Nəticədə 11 milyard 88,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Bəs Azərbaycan ən çox hansı məhsulları xaricdən alır və hansı sahələrdə idxal diqqət çəkir?
Avtomobillər
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 42 min 755 ədəd minik avtomobili gətirilib. İdxalın dəyəri 788,5 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalının nominal dəyəri 36,6 faiz, real həcmi isə 37,4 faiz azalıb.
Dərman vasitələri
Əczaçılıq məhsulları da Azərbaycanın xaricdən aldığı əsas məhsullar sırasındadır.
2026-cı ilin ilk səkkiz ayında ölkəyə 308,3 milyon dollar dəyərində dərman vasitələri idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 0,6 faiz azdır. İdxalın real həcmində isə 26,3 faizlik azalma qeydə alınıb.
Buğda və bitki yağları
Ərzaq məhsulları arasında buğda və bitki yağlarının idxalı diqqət çəkir.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841,6 min ton buğda gətirilib. İdxalın dəyəri 185,1 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalının nominal dəyəri 13,3 faiz artıb.
Hesabat dövründə bitki yağlarının idxalı 101,9 min ton, dəyəri isə 155 milyon dollar olub. Bu məhsullar üzrə idxalın nominal dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz yüksəlib.
Xam şəkər və meyvə idxalı
2026-cı ilin ilk səkkiz ayında Azərbaycana 309,6 min ton xam şəkər idxal edilib. Məhsulun ümumi dəyəri 139,9 milyon dollar təşkil edib. İllik müqayisədə idxalın nominal dəyəri 3,6 faiz artıb.
Eyni dövrdə təzə meyvə idxalı 103,4 min ton, dəyəri isə 133,5 milyon dollar olub. Meyvə idxalının nominal dəyərində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artım qeydə alınıb.
İdxalın mühüm istiqamətlərindən biri də sənaye və tikintidə istifadə olunan materiallardır.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 247,4 min ton polad prokatı idxal edilib. Məhsulun idxalının nominal dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artsa da, real həcmində 4,1 faiz azalma qeydə alınıb.
Kompüter və hesablama avadanlıqları
Texnologiya məhsulları da Azərbaycanın idxal etdiyi əsas kateqoriyalar arasındadır.
2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 127,5 milyon dollar dəyərində hesablama maşınları, blok və qurğuları gətirilib. İdxalın fiziki həcmi 469,2 min ədəd təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların idxal dəyəri 21,6 faiz artıb.
İdxal göstəriciləri avtomobillər, dərman vasitələri, buğda, bitki yağları, xam şəkər, meyvə, polad prokatı və hesablama avadanlıqlarının ölkənin xarici ticarətində mühüm yer tutduğunu göstərir.
Lakin xaricdən asılılığın səviyyəsini yalnız idxalın dəyəri ilə müəyyənləşdirmək düzgün deyil. Məsələn, bir məhsulun idxalı yüksək olsa da, onun yerli istehsalı daxili tələbatın böyük hissəsini qarşılaya bilər. Başqa məhsul üzrə idxalın dəyəri nisbətən aşağı olsa da, həmin məhsulun yerli istehsalı məhduddursa, xarici təchizatdan asılılıq daha yüksək ola bilər.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















