Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

“Azərbaycan enerji keçidini əvəz etmə kimi deyil, genişlənmə kimi görür” Deputat

“Azərbaycan enerji keçidini əvəz etmə kimi deyil, genişlənmə kimi görür” Deputat

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Qlobal enerji bazarında baş verən dəyişikliklər ölkələrin enerji siyasətinə də birbaşa təsir edir. Bu gün dövlətlər həm ənənəvi enerji resurslarından istifadəni davam etdirir, həm də bərpaolunan enerji mənbələrinə daha çox üstünlük verirlər. Enerji təhlükəsizliyi və iqtisadi sabitlik baxımından bu iki istiqamət arasında balansın qorunması vacib sayılır. Azərbaycan da son illərdə həyata keçirdiyi enerji siyasətində bu istiqamətə xüsusi diqqət ayırır. 

Maraqlıdır, İlham Əliyev tərəfindən Bakı Enerji Həftəsində səsləndirilən fikirlərdə həm ənənəvi karbohidrogenlərin, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafı xüsusi vurğulandı. Bu kontekstdə Azərbaycanın “enerji keçidi” siyasətini regional və qlobal enerji təhlükəsizliyi baxımından necə qiymətləndirilir və ölkənin yaxın illərdə əsas strateji prioriteti hansı istiqamət olmalıdır?

Cənab Prezidentin çıxışında enerji resurslarından əldə olunan gəlirlərin idarə olunması, iqtisadi sabitlik və investisiya mühitinin formalaşdırılması əsas xətt kimi təqdim olundu. Azərbaycanın bu modeli enerji resursları ilə zəngin digər inkişaf etməkdə olan ölkələr üçün nə dərəcədə tətbiq oluna bilər?

Ölkənin enerji sahəsindəki strateji hədəfləri və perspektivləri ilə bağlı Moderator.az-ın suallarını deputat, Milli Məclisin İqtisadi, siyasət komitəsinin sədri Tahir Mirkişili cavablandırıb.

Millət vəkili qeyd edib ki, Prezident Ilham Əliyev Bakı Enerji Həftəsinin açılışında açıqca bəyan etdi ki, “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”. Bu ifadə öz-özlüyündə bir siyasi xəritəni ortaya qoyur:

"Azərbaycan enerji keçidini ƏVƏZETMƏ kimi deyil, GENİŞLƏNMƏ kimi görür. Bu yanaşmanın Cənubi Qafqaz və Orta Asiya üçün ciddi strateji əhəmiyyəti var. Prezidentin çıxışında Azərbaycandan qaz idxal edən 16 ölkədən 12-sinin Avropa ölkəsi olduğu vurğulandı. Alıcı olacaq yeni Avropa ölkələri ilə isə aktiv danışıqlar davam edir. Bu o deməkdir ki, Azərbaycan 2020-ci ildən başlayaraq Avropa enerji bazarında özünü strateji alternativ kimi mövqeləndirmişdir, bu isə yalnız regional deyil, geosiyasi bir funksiyadır.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərindəki hidroelektrik potensialdan işə salınmış, həmin ərazilərdə 270 meqavat həcmində HES-lərin istifadəyə verilmiş, 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı proqnozlaşdırılır. Bərpaolunan enerjinin hər 1 qiqavatı yarım milyard kubmetr qaza qənaət imkanı yaradır ki, bu da həmin qazın ixraca yönəldilməsinə şərait açır".

Tahir Mirkişili vurğulayıb ki, bu məntiq çox vacibdir. Bərpa olunan enerji ixrac gücünü azaltmır, əksinə artırır:

"Daxili istehlakı yaşıl enerjiylə təmin etmək fosil yanacaqları ixrac üçün azad edir, bu da qısamüddətli iqtisadi rasionallıq baxımından düzgün strategiyadır. Bu gün ixrac gəlirlərini qorunması ilə enerji keçidin sürətləndirilməsi arasında tarazlıq saxlamaq Azərbaycan üçün ən vacib mövzudur. Düşünürəm ki, yaxın 5-10 ildə strateji prioritetimiz əsasən aşağıdakı üç istiqaməti eyni vaxtda əhatə esəcəkdir:

• Yaşıl hidrogen ixracı: Avropa artıq 2030-dan sonra qaz idxalını tədricən əvəz etmək üçün yaşıl hidrogenə keçidi planlaşdırır. Azərbaycan mövcud Trans-Xəzər və TANAP infrastrukturunu gələcəkdə də işlək vəziyyətdə saxlamaq üçün bu imkandan istifadə edəcəkdir
• Qarabağın yaşıl enerji mərkəzinə çevrilməsi: Siyasi həll ilə iqtisadi bərpanın sintezi kimi bu region ciddi bərpaolunan enerji potensialı daşıyır.
• Karbohidrogen gəlirlərinin qeyri-neft sektora yönləndirilməsi: Bu ölkəmizin iqtisadi siyasətinin əsasını təşkil edir.

Hesab edirəm ki, hər 3 istiqamətdə aparılan aktiv siyasət öz bəhrəsini verməkdədir.

Azərbaycan Modeli digər inkişaf etməkdə olan ölkələrə nümunədir.

Azərbaycan “resurs lənəti”ndən qaçmağı bacarmış az sayda inkişaf etməkdə olan ölkədən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizdə iqtisadi vəziyyəti kökündən dəyişdi.

Sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Bu model — uzunmüddətli PSA (Production Sharing Agreement) modelinə əsaslanan şəffaf çərçivə, SOCAR-ın strateji tərəfdaş rolu, Dövlət Neft Fondunun (SOFAZ) makroiqtisadi stabilizasiya funksiyası — bir çox ölkə üçün öyrənilə bilər".

Millət vəkili onu da qeyd edib ki, lakin təhlillər göstərir ki, bu modelin avtomatik transferi mümkün deyil:

"Azərbaycanın uğuru bir neçə özünəməxsus şərtin üst-üstə düşməsinin nəticəsidir:

• Güclü dövlət iradəsi və siyasi sabitlik
• Coğrafi mövqe (Şərq-Qərb dəhlizinin mərkəzindəki tranzit üstünlüyü)
• orta sayda əhali sayı fonunda yüksək neft gəliri nisbəti
• Uzun illər boyunca fəaliyyət göstərmiş Neft Fondu mexanizmi

Bir çox ölkələr enerji resurslarına sahib olsalar da, bu şərtlərin heç birini tam ödəyə bilmirlər.

Amma bununla yanaşı qeyd etmək istərdim ki, digər ölkələr üçün ən çox tətbiq oluna bilən hissə institusional arxitekturadır. Neft gəlirlərini büdcədən ayrı, müstəqil fond vasitəsilə idarə etmək, xarici investoru cəlb edən şəffaf hüquqi çərçivə qurmaq və resurs sektorundakı gəlirləri qeyri-resurs sektora sistemli şəkildə yönəltmək. Bu üç element birlikdə işlədikdə model replikasiya oluna bilir.

Beləliklə, Azərbaycanın “paralel inkişaf” konsepsiyası — yəni neft-qazdan gəlir əldə edərkən eyni zamanda bərpaolanları inkişaf etdirmək — qlobal miqyasda da getdikcə daha çox rəğbət görür. Qısaca desək, Azərbaycan modeli seçim deyil, əlaqələndirmə prinsipi üzərindədir, bu, enerji keçidinin ağrılı deyil, idarə olunan şəkildə baş verə biləcəyini sübut edən nadir nümunələrdən biridir".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri