Icma.az
close
up
RU
Azərbaycan ərazisində istilik mövsümü ilə bağlı cədvəllər və xəritələr tərtib edilib

Azərbaycan ərazisində istilik mövsümü ilə bağlı cədvəllər və xəritələr tərtib edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən Azərbaycan ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı cədvəllər və xəritələr tərtib edilib.

AZƏRTAC xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani müəssisənin 2025-ci il üzrə elmi və innovasiya fəaliyyətinə dair illik hesabatına həsr olunmuş iclasında söyləyib. Onun sözlərinə görə, 1991-2020-ci illəri əhatə edən mövcud və bərpa edilmiş temperaturun orta sutkalıq məlumatları əsasında istilik mövsümünün başlanması, bitməsi və davamiyyətinin öyrənilməsi nəticəsində müəyyən olunub ki, dağlıq ərazilərdə bu göstəricilər yamacların istiqamətindən və yüksəklikdən asılıdır. “Bununla bərabər, ilk dəfə Azərbaycanda istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı fiziki-coğrafi vilayətlər üzrə cədvəllər tərtib olunub və müfəssəl xəritələr hazırlanıb. Cədvəl və xəritələr gələcəkdə iqlim şəraitinə uyğunlaşdırılmış dövlət əhəmiyyətli adaptasiya proqramlarının hazırlanmasına, yəni infrastrukturun inkişafına imkan yaradacaq, sənaye və mülki təyinatlı binalarda, sosial obyektlərdə - körpələr evi, məktəblər, klinikalar, xəstəxanalar, banklar, ticarət mərkəzləri və digər iaşə müəssisələrində fasiləsiz istiliyi təmin etməyə kömək göstərəcək”, – deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri