Azərbaycan erməni separatizminin kökünü kəsdi
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan dövləti 2020-ci ilin payızında 44 günlük Vətən savaşı, 2023-cü ilin 20 sentyabrında 1 sutkalıq antiterror əməliyyatı ilə ərazi bütüvlüyünü və tam suverenliyini bərpa etməklə yanaşı, həm də beynəlxalq hüquqa işləklik gətirdi, çağdaş dünyada qara yaralara çevrilmiş separatizmə də sarsıdıcı zərbə vurdu.
Azərbaycan bu zəfərlə siyasi intriqa mərkəzlərinə göstərdi ki, işğal və qəsbkarlıqlar dövrü tarixdə qaldıı kimi, bu gün də bu zorakılığa yer yoxdur. Xalqımızın apardığı haqq savaşı, sadəcə, lokal qarşıdurma deyil, beynəlxalq hüququn aliliyinin praktiki olaraq bərqərar edilməsi prosesi idi. Azərbaycan öz suveren ərazilərini azad etməklə qlobal miqyasda hüququn bərpası naminə unikal bir presedent ortaya qoydu.
Bu böyük tarixi zəfərin əsas geosiyasi memarı və strateji rəhbəri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Onun rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət strategiyası ölkəni həm iqtisadi, həm diplomatik, həm də hərbi cəhətdən bu həlledici mərhələyə tam hazır vəziyyətə gətirmişdi.
Vətən müharibəsinin gedişatı Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsini və dərin strateji zəkasını bütün dünyaya nümayiş etdirdi. Müharibə dövründə xarici güclərin və müəyyən beynəlxalq dairələrin Azərbaycana təzyiq göstərmək cəhdləri dövlət başçısının dəmir iradəsi qarşısında tamamilə iflasa uğradı. Müdrik dövlət başçısı İlham Əliyev hər bir diplomatik manevrdə yalnız beynəlxalq hüququn prinsiplərinə istinad edərək Azərbaycanın mövqeyinin sarsılmazlığını göstərdi. Onun dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə diplomatiya tarixinin ən parlaq səhifələrindəndir.
Prezident həm döyüş meydanında ordunu idarə edir, həm də informasiya cəbhəsində ölkənin maraqlarını təkbaşına və peşəkarlıqla müdafiə edirdi. Bu siyasi iradə döyüş meydanında Azərbaycan Ordusunun nümayiş etdirdiyi misilsiz hərbi güc və yüksək texnoloji üstünlüklə sintez təşkil edirdi.
44 günlük müharibə dünya hərb elmində yeni bir dövrün, yəni beşinci nəsil müharibə doktrinasının başlanğıcı kimi qəbul olunur. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnologiyaları, xüsusilə pilotsuz uçuş aparatlarını (PUA) döyüş şəraitində uğurla tətbiq edən ilk ordu oldu. Bayraktar TB2 və Harop kimi intellektual silah sistemlərinin tətbiqi düşmənin uzun illər boyu qurduğu müdafiə xətlərini ilk günlərdəcə darmadağın etdi.
Çətin relyef şəraitində, dağlıq və meşəlik ərazilərdə xüsusi təyinatlı qüvvələrin keçirdiyi nadir əməliyyatlar hərbi strateqləri heyrətə gətirdi. Xüsusilə rəvayətə çevrilən Şuşa əməliyyatı, əsgərlərimizin yalnız yüngül silahlarla sıldırım qayaları dırmaşaraq şəhəri azad etməsi müasir hərb tarixinə qızıl hərflərlə yazıldı. Müharibə müddətində Azərbaycan Ordusunda bir dənə də olsun fərarilik halının qeydə alınmaması xalqın liderinə və ordusuna olan inamının ən ali göstəricisidir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın həm döyüş meydanında, həm də masada qazandığı böyük zəfərin hüquqi təsdiqi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə, Şuşanın azad edildiyi 8 noyabr tarixinin dövlət səviyyəsində Zəfər Günü kimi təsis edilməsi ilə əbədiləşdirildi. Bu zəfər regionda ədalətli və davamlı sülhün qurulması üçün yeni geosiyasi zəmin yaratdı.
Samirə RÜSTƏMOVA,
Şəmkir Uşaq Musiqi Məktəbinin direktor əvəzi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 29 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















