Azərbaycan Ermənistan sənədi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır Emi Karlon
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Cənubi Qafqaz üçün yeni fəslin başlanğıcı oldu və Birləşmiş Ştatlar güclü və davamlı sülhün qurulmasında hər iki ölkəni dəstəkləməyə sadiq qalır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Amerika universitetlərinin məzunları üçün illik qala tədbiri çərçivəsində çıxışı zamanı bildirib.
"Bu axşam biz təhsil, iqtisadiyyat, innovasiya, idman, incəsənət və bir çox digər sahələrdə Azərbaycanın inkişafına mühüm töhfələr verən görkəmli məzunları təbrik edirik", - deyə o qeyd edib.
O vurğulayıb ki, yekunda sülh və davamlı inkişaf təkcə hökumətlərimiz arasında əməkdaşlıqdan asılı olmayacaq.
"Bütün bunlar insanlar - amerikalılar və azərbaycanlılar arasında daha da möhkəm ələqələr üzərində qurulacaq. Biz hər birinizə ümid edirik ki, bunu mümkün etmək və Cənubi Qafqazın ticarət, tranzit və enerji baxımından böyük potensialını açmaq üçün birlikdə çalışacaqsınız", - deyə diplomat əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Sentyabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















