Azərbaycan Ermənistana gələn buğda yoxlanılacaq Arutyunyan
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan ərazisindən keçməklə Ermənistana gətirilən Rusiya buğdası Qida Təhlükəsizliyi Xidməti tərəfindən yoxlanılacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya, Konsaltinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anuş Arutyunyan deyib.
O, bu prosesin ümumi olduğunu və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən bütün tranzitlərdə məhsulların yoxlanıldığını bildirib:
“Fitosanitar ekspertiza üçün nümunə götürüləcək və beləliklə məhsulun keyfiyyəti yoxlanılacaq. Aİİ ölkələri arasında yükdaşıma qaydası var, buna görə sərhəd nəzarəti həyata keçirilmir. Lakin yük boşaldıldığı yerdə yoxlanılacaq”.
Qeyd edək ki, Azərbaycan tərəfinin Rusiya buğdasının əvvəlcə ölkə ərazisi, sonra Gürcüstandan keçməklə Ermənistana çatdırılmasına icazə verib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















