Icma.az
close
up
RU
Azərbaycan Ermənistandan 1 trilyon dollar TƏLƏB EDİR

Azərbaycan Ermənistandan 1 trilyon dollar TƏLƏB EDİR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın torpaqlarımızı 30 illik işğal altında saxladığı dövr ərzində Azərbaycana ciddi formada maddi zərər dəyib. Rəsmi Bakı beynəlxalq məhkəmələrdə dəymiş zərərə görə kompensasiya tələb edə bilər.

Erməni mediasının məlumatına görə, Azərbaycan Ermənistandan bir trilyon dollar tələb etmək niyyətindədir. “Lusavor Ermənistan” partiyasının sədri Edmon Marukyan rəsmi Bakının artıq müvafiq sənədləri hazırladığını və yejun hesablamaları başa çatdırdığını bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Vüqar Bayramov bildirib ki, Ermənistan tərəfindən vurulan ziyanın qiymətləndirilməsinə Azərbaycan beynəlxalq ekspertləri cəlb edib:

"Beynəlxalq prinsiplərə əsasən hesabat hazırlandı. Həmin hesabat əsasında Azərbaycan beynəlxalq məhkəməyə müraciət edərək Ermənistanın vurduğu ziyana görə təzminat ödəməsini tələb edir. Bu, Azərbaycanın suveren hüququdur. Beynəlxalq konvensiyalar Azəərbaycana belə bir hüquq təqidm edir. Nəzərə alsaq ki, enerji resurslarından qanunsuz olaraq istifadə olunması, ölkəmizin həmin potensialının məhv edilməsi istiqamətində Ermənistanın 30 illik işğal müddətində apardığı siyasət iqtisadiyyatımıza, potensiallarımızdan suveren istifadəmizə ziyan vurub. Təzminatın məbləği beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib. Bu zaman Dünya Bankının metodologiyasından, eləcə də beynəxlaq qiymətləndirmə tətbiq edilən digər üsullardan istifadə olunub".

Deputat qeyd edib ki, təzminatın məbləği ilə rəsmi açıqlama yoxdur:

"Sözsüz ki, məhkəmə prosesində təzminatla bağlı məbləğində müzakirə ediləcəyi, sözsüz ki, digər yandan Ermənistan tərəfi əsasları olmasa da, kont-arqumentlərlə çıxış etməyə çalışacaq. Lakin həqiqət ondan ibarətdir ki, dəyən ziyanın məbləği həddən artıq böyükdür. 30 illik işğal müddətində yalnız enerji resurslarından suveren hüququmuza qarşı Ermənistan tərəfindən belə addım atılmayıb. Eyni zamanda həmin ərazilərdə ekosid törədilib. Faktiki olaraq həmin əraziləriimz Ermənistan tərəfindən dağıdılaraq,xarabalığa çevrilib. Azərbaycan suveren hüququndan istifadə etməklə həmən ziyana görə Ermənistandan təzminat tələb etmək hüququna malikdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri