Icma.az
close
up
RU
Azərbaycan Ermənistandan məhsul almağa başlayır RƏSMİ

Azərbaycan Ermənistandan məhsul almağa başlayır RƏSMİ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafı fonunda iki ölkə arasında ticarət əlaqələrinin də genişlənməsi gözlənilir. Hazırda Azərbaycandan Ermənistana yanacaq məhsullarının ixracı həyata keçirilir. Eyni zamanda azərbaycanlı iş adamları bir müddət əvvəl Ermənistanda olublar. İş adamlarımızın Ermənistanda olduğunu təsdiqləyən Baş nazir Nikol Paşinyan Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlığın mümkün olduğunu bildirib.

Maraqlıdır ki, yekun sülh sazişindən sonra Ermənistan bazarı Azərbaycanın iş adamları üçün nə qədər cəlbedici olacaq?

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası artıq reallaşıb:

“Artıq Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Bütövlükdə Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 117 milyon dollardan çox dəyərdə yanacaq məhsulları ixrac edib. Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu da Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha göstərir”.

Deputatın sözlərinə görə, ilkin qiymətləndirmələr iki ölkə arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının mümkün olduğunu göstərir:

“Bu, illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir. Konkret məhsullara gəldikdə isə bura qida, ərzaq və sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları daxildir. Azərbaycan və Ermənistanın aqrar sahə üzrə ixtisaslaşdığını nəzərə almaq lazımdır. Eyni zamanda, bəzi sənaye məhsullarına hər iki ölkədə tələb var. Ermənistanda istehsal olunan müəyyən məhsulların Azərbaycana idxalı da mümkündür”.

Vüqar Bayramov qeyd edib ki, ticarət əlaqələrinin bərpası ilə bağlı müzakirələrin yaxın perspektivdə iki ölkə arasındakı ticarətin strukturuna da təsir edəcəyi gözlənilir:

“Yaxın vaxtlarda yalnız yanacaq məhsullarının deyil, digər məhsulların da Ermənistana ixracının, eyni zamanda Ermənistandan Azərbaycana bir sıra sənaye məhsullarının idxalının şahidi ola bilərik”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri addım-addım inkişaf edir və bu prosesdə Azərbaycanın üstünlükləri daha çoxdur:

“Ermənistanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsi baxımından Azərbaycan dövlət şirkəti vasitəsilə yanacaq bazarında ciddi oyunçuya çevrilir. İlin əvvəlindən bu yana Ermənistana təxminən 17 milyon dollardan çox ixrac həyata keçirmişik. Ancaq hələlik Ermənistandan mal almırıq”.

Onun sözlərinə görə, Ermənistanda idxalın həyata keçirilməməsinin əsas səbəblərindən biri lazımi infrastrukturun hələ tam formalaşdırılmamasıdır:

“Ermənistan kənd təsərrüfatı məhsulları təklif edir. Bunun üçün iş adamları arasında münasibətlər, müqavilələr və bank köçürmələri olmalıdır. Özəl şirkətlərin burada iştirakına infrastruktur dəstəyi verilməlidir”.

İqtisadçı Azərbaycan üçün Ermənistan bazarının kiçik olmasına baxmayaraq, logistika baxımından maraq doğurduğunu vurğulayıb:

“Azərbaycan üçün Ermənistan bazarı az da olsa, təbii ki, maraq kəsb edir. Kiçik bazar olsa da, logistikanın ucuz olması Azərbaycan üçün əlverişlidir. Ermənistana nə qədər çox iqtisadi təsirimiz olacaqsa, bir o qədər də münasibətlərin normallaşmasına doğru addımlar atılacaq”.

Natiq Cəfərli hesab edir ki, ilkin mərhələdə iki ölkə arasında banklararası münasibətlər formalaşdırılmalı, pul köçürmələri asanlaşdırılmalı və ticarət əməliyyatlarının sığortalanması ilə bağlı məsələlər həllini tapmalıdır:

“Ermənistandan mal alsaq, onun məsuliyyətini kim daşıyacaq? Bu məsələlər həll edilməlidir. Elektrik enerjisi, neft məhsulları və dağ-mədən sənayesi sahələrində əməkdaşlıq daha rahat həyata keçirilə bilər. Burada dövlət şirkətləri daha çox əməkdaşlıq edir. Dövlət şirkətlərinin müqavilə öhdəliklərini yerinə yetirməklə bağlı imkanları daha ciddidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Avqust 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri