Icma.az
close
up
RU
“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər“ Ramil Usubov

“Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər“ Ramil Usubov

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb.

Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar", - məqalədə deyilir.

R.Usubov qeyd edib ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər:

"Rəsmi Bakı bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır. Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı "sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir".

Təhlükəsizlik Şurasının katibi məqaləsində vurğulayıb ki, sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir:

"Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür"./AzFakt.com /

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri