Icma.az
close
up
RU
Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir

Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini və gələcək hədəflərini əhatə edən mühüm bəyanatlarla yadda qaldı. Dövlət başçısı çıxışında Azərbaycanın enerji sektorundakı mövcud vəziyyətinə və perspektivlərinə toxunaraq, ölkənin qaz ixracatında əhəmiyyətli artım olduğunu vurğuladı. O bildirdi ki, 2025-ci ildə Azərbaycanın qaz ixracı 24 milyard kubmetrdən çox olacaq və bu qaz səkkiz ölkəyə, o cümlədən altı Avropa ölkəsinə ixrac edilir. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, 1994-cü ilin Bakıda keçirilmiş ilk beynəlxalq neft-qaz sərgisi Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrildi. Sərgidən az sonra Azərbaycanın imzaladığı "Əsrin müqaviləsi" regionun enerji və geosiyasi xəritəsini dəyişdi. Bu, sadəcə bir müqavilə deyildi, eyni zamanda müstəqillik yolunda atılmış cəsarətli addım, dünyaya “Azərbaycan buradadır və gələcək planları var” mesajı idi.
Bu strateji baxışın müəllifi Prezident Heydər Əliyev təcrübəsi və uzaqgörənliyi ilə çox yaxşı bilirdi ki, dağılmış iqtisadiyyatı, müharibədən çıxmış, daxili sabitliyi yeni bərpa edən Azərbaycan yalnız beynəlxalq əməkdaşlıqla dirçəlib ayağa dura bilər və belə də oldu. Beləliklə, ölkəmizdə mövcud olan iqtisadi sabitlik, yoxsulluğun azalması – hamısı o illərdə atılmış doğru qərarların, o cümlədən düzgün enerji siyasətinin nəticəsidir.
Azərbaycan indi yalnız neft və qaz ixrac edən ölkə deyil. Ölkəmiz enerji diplomatiyasının mərkəzində dayanan, tranzit və istehsalçı ölkələr arasında balansı qorumağı bacaran strateji oyunçuya çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələri Azərbaycanın coğrafi əlverişsizliyini – yəni dənizə birbaşa çıxışın olmamasını – üstünlüyə çevirdi. Bu gün biz yalnız təbii qaz deyil, enerji təhlükəsizliyi ixrac edirik. İxrac coğrafiyası genişlənir, tərəfdaş ölkələrin sayı artır. Ötən il bu say səkkiz idisə, bu gün artıq 12-dir. 2030-cu ilə qədər təbii qaz ixracının 8 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, eyni tarixədək bərpaolunan enerji sahəsində 6.5 giqavatlıq güc əldə ediləcək. Bu, ölkənin ümumi enerji istehsalının 35 faizini təşkil edəcək və Azərbaycanın "yaşıl gündəliyinin" iddialı olduğunu təsdiqləyir.
Azərbaycan enerji siyasətində yalnız iqtisadi maraqları deyil, həm də qlobal məsuliyyəti nəzərə alır. Neft və qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerjiyə sərmayə yatırır, gələcək nəsillər üçün dayanıqlı sistemlər qurur. COP29-un Bakıda keçirilməsi də təsadüfi deyildi. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm tədbir enerji siyasətində balansın qorunmasının, praqmatik yanaşmanın və həm Şimal, həm də Cənub ölkələri arasında körpülərin qurulmasının təntənəsi oldu.
“Bakı sıçrayışı” kimi tarixə düşən bu tədbir çərçivəsində bir neçə strateji uğura imza atıldı: İtki və Zərər Fondu təsis olundu, inkişaf etməkdə olan ölkələr üçün yardım 300 milyard dollara qaldırıldı, karbon bazarı aktivləşdirildi. Azərbaycan, qlobal enerji məsələlərində məsuliyyətli oyunçu kimi çıxış edərək, sadəcə öz regionu üçün deyil, bütün dünya üçün bir model təqdim etdi.
Deputat yekunda bildirib ki, enerji təkcə iqtisadiyyat deyil, həm də geosiyasət, diplomatiya və etimad məsələsidir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan enerji sektorunda iqtisadi maraqları qlobal məsuliyyətlə balanslaşdıran, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelini təşviq edən, regional sabitliyin və davamlı inkişafın təminatçısı kimi fəaliyyətini davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri