Icma.az
close
up
RU
Azərbaycan fermerlərinə subsidiya ödənişi artıb

Azərbaycan fermerlərinə subsidiya ödənişi artıb

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023-cü ildə Azərbaycanda 387 340 fermerə 352 milyon manat, 2024-cü ildə isə 380 704 fermerə 362,5 milyon manat subsidiya ödənilib. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən IV Aqrobiznesin İnkişaf Forumunda bildirib.

"Bu, sadəcə rəqəm deyil, kənd həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir. Dövlətin həyata keçirdiyi subsidiya siyasəti çərçivəsində fermerlərə göstərilən dəstək davamlı və sistemli şəkildə icra olunur. Bu dəstəyin mühüm komponentlərini subsidiyalar, güzəştli maliyyələşmə, texniki təminat və institusional təşviqlər təşkil edir.

Fermerlərin texnika və damazlıq heyvanlarla təminatı sahəsində də dövlət onların yanındadır. Ötən il 6 477 texnika üçün 83,9 milyon manat, bu il isə 9 107 texnika üçün 80,8 milyon manat güzəşt vəsaiti ayrılıb. Həmçinin 2024-cü ildə 5 830 baş damazlıq heyvan üzrə 17,4 milyon manat güzəşt təqdim olunub. Bu maliyyə təşviqləri həm yerli istehsalın stimullaşdırılmasına, həm də iqlim risklərinə dayanıqlı təsərrüfatların qurulmasına xidmət edir”, - deyə o qeyd edib.

M. Məmmədov əlavə edib ki, forumda təqdim olunacaq mövzular – yaşıl maliyyələşmə, aqro-maliyyələşmə həlləri, rəqəmsallaşma və dayanıqlılıq mexanizmləri – ölkənin aqrar siyasətinin gələcək istiqamətlərini müəyyən edəcək.

"Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bütün subyektləri, yəni kiçik ailə təsərrüfatlarından tutmuş iri aqroparklara qədər hamısını dəstəkləmək ölkənin strateji prioritetidir. “Biz fermerin yanında olmaqla, əslində, dövlətin iqtisadi təməlini möhkəmləndiririk. Çünki kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyi deyil, həm də məşğulluq, sosial stabillik və ixrac potensialıdır”, – nazir vurğulayıb.

O, qeyd edib ki, aqrar sektorda əldə olunan uğurlar Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə, islahatlar və sahəyə ayrılmış diqqətin nəticəsidir: “Lakin bu yolun davamı üçün fermerlərimizin, sahibkarlarımızın və bütün sektor iştirakçılarının birgə əməkdaşlığı və təşəbbüskarlığı çox əhəmiyyətlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri