Azərbaycan fındıq ixracını artırdı
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 100,4 milyon ABŞ dolları dəyərində 13 486 ton meşə fındığı ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Aparılan hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 13 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 44,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,5 % az) 6 510 ton (-15 %), Almaniyaya 18,3 milyon ABŞ dolları dəyərində (+82 %) 2 145 ton (+62%), İtaliyaya 12 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 366 ton (+63 %), Türkiyəyə 9,3 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 243 ton (+4 dəfə), İsveçrəyə 4,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 560 ton (+3 dəfə) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya tədarük (472,4 min ABŞ dolları dəyərində 46 ton) həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 27 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















