Icma.az
close
up
RU
Azərbaycan Fransa ilə onun öz üslubunda, öz dilində danışmağı bacarır

Azərbaycan Fransa ilə onun öz üslubunda, öz dilində danışmağı bacarır

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son aylarda davamlı şəkildə daxili siyasi böhranla üzləşən və öz ölkəsinin sosial-iqtisadi problemlərinin həllində çətinlik çəkən Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da Parisdəki səfirlər konfransında çıxışı zamanı yenə Azərbaycanı hədəf seçib və ölkəmizi Fransaya qarşı “qəbuledilməz müdaxilələr”də günahlandırıb. O, qeyd edib ki, “Fransa son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Xalq Cəbhəsi"nə deyib ki, Fransa prezidentinin bu ifadələri onu göstərir ki, əslində, bu natamam "filosof"-siyasətçinin özünün beynəlxalq hüquqdan qətiyyən anlayışı yoxdur. Beynəlxalq hüququ düzgün anlayan və beynəlxalq hüquqa gerçəkdən sayğı göstərən bir dövlət heç vaxt Ermənistan kimi təcavüzkar dövləti müdafiə etməzdi. Lakin əfsuslar olsun ki, bu gün beynəlxalq hüquqdan dəm vuran Makron keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin həlli prosesində bir qayda olaraq həmişə işğalçı Ermənistanı müdafiə edib:

"Fransalı səfirlərin qarşısında çıxışı zamanı səsləndirdiyi anti-Azərbaycan xarakterli son açıqlamalarının məzmunu da bir daha onu göstərir ki, Makron bundan sonra da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına imkan verməyəcək. Fransa Avropa İttifaqının (Aİ) aparıcı ölkəsi olaraq Cənubi Qafqazda sülhün bərpa edilməsinə çalışmaq əvəzinə, Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edən siyasət yürütməyə davam edəcək.

Ancaq Fransanın bu prosesdəki dağıdıcı, pozucu mövqeyini önləmək və neytrallaşdırmaq üçün Azərbaycanın kifayət qədər təcrübəsi və potensialı var. Azərbaycan Fransa ilə onun öz üslubunda, öz dilində danışmağı bacarır. Fransa prezidenti Ermənistanı silahlandırmaq və Cənubi Qafqazda yeni hərbi eskalasiyaya şərait yaratmaqdansa, ölkəsinin problemlərinin həlli ilə məşğul olsa yaxşıdır. Artıq Fransa vətəndaşlarının 70 faizindən çoxu Makron hökumətinin yürütdüyü sosial-iqtisadi siyasətdən narazıdır. Bu gerçəyi ən son sosioloji sorğuların nəticələri də təsdiqləyir. Öz vətəndaşlarının ehtiyaclarını ödəyə bilməyən Fransa prezidentinin Cənubi Qafqazda katalizatorluq etməsi həqiqətən də absurddur".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Yanvar 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri