Icma.az
close
up
RU
Azərbaycan futbolu Rusiyadan göründüyü qədər zəif deyil

Azərbaycan futbolu Rusiyadan göründüyü qədər zəif deyil

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy yeni ilqabağı "Krasnodar"ın baş məşqçisi, "Sabah"dakı fəaliyyəti ilə yaxşı tanıdığımız Murad Musayevə qarşı kin-kidurətini yenidən göstərib. Artıq neçənci dəfədir məşhur futbolçu həmkarını "qaralayır". Mənfisi odur ki, "Sabah"ın timsalında dolayısı ilə Azərbaycan futboluna yuxarıdan aşağı baxılır, Murad Musayevin "vurulması" üçün klubumuzun adından istifadə cəhdləri edilir. Yəni, Mostovoyun məşqçiyə olan məkrli niyyəti ilə beyin "mostu" qaçıb. Necə deyərlər, "razvala", "diaqnostikaya" ehtiyacı var. Rusiyalı keçmiş futbolçu Murad Musayevi qəbul etməyə bilər, özü bilər, amma niyyətini Azərbaycan futbolu üzərindən həyata keçirmək istəməsi qəbuledilməzdir. Azərbaycan futbolunda Yuri Syomin kimi illərin təcrübəlisi yaradılan şəraitə rəğmən, heç bir uğur qazanmadı, ancaq Rusiyaya döndükdən sonra "Lokomotiv"lə çempionluq sevinci yaşadı. "Palıç" ölkəsində təriflənəndə, Rusiya telekanallarından düşməyəndə, nəsə mostovoyların səsi çıxmırdı. İndi Murad Musayevə qarşı qısqanclıq, ölkəsində çempionluq yaşaması, Mostovoyu yaman narahat edir. Azərbaycan futbolu Rusiyadan göründüyü qədər də zəif deyil! 

Murad Musayev Aleksandr Mostovoy kimi futbolçu olmayıb, aydındır, bu insan hələ dərk etmir ki, futbolçu olmaqla məşqçilik ayrı-ayrı nəmənələrdir. "Palıç"ı qəbul edənlər Muradı həzm edə bilmirlər, "mostu"nu dağıtmaq istəyirlər. Özü də bu şəkildə.

Biz də ayıq-sayıq olmalıyıq, bu tipli niyyətixarab açıqlamalar Azərbaycan mediasında bu şəkildə  tirajlanmamalıdır. Elə Berezutskinin özü belə "Sabah"ın klub, Murad Musayevin məşqçilik fəlsəfəsinin nəticəsi olaraq "sivi"sinə Azərbaycan kubokunu yazdırıb.

Nə qədər tənqidlərə köklənsək də, Azərbaycan Premyer Liqasının səviyyəsi qalxıb. "Qarabağ"ın yenidən Çempionlar Liqasında çıxışı buna bir daha sübutdur. Bunu hazırda ölkəmizdə çalışan əcnəbi məşqçilər, legioner futbolçular da dönə-dönə qeyd edirlər. İstəyimiz budur ki, "Qarabağ" Avropada tək olmasın, "Sabah" kimi iddialılar da onlara qoşulsun, "Neftçi" kimi tarixi klub özünə gəlsin, bu sırada yer alsın.

Mostovoy kimilər isə körpüləri yandırmasın. Bilmək olmaz, nə vaxtsa özünün yolu Azərbaycan futbolundan keçə bilər. Onda Mostovoyun "most"unun möhkəmliyinə baxarıq.

Fanat.Az

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Yanvar 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see283

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see263

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see195

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see170

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see153

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see141

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see140

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see139

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see137

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see135

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see133

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see133

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see132

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see127

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see127

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri