“Azərbaycan futboluna böyük hörmətim var”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“İmişli”nin sabiq baş məşqçisi Jorj Kaşkilya hələ də işsizdir. Ötən mövsümün sonunda klubdan ayrılan mütəxəssis hazırda ölkəsi Portuqaliyadadır.
Mütəxəssis karyerası və “İmişli” lə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Bir neçə aydır, işsizsiniz. Nə ilə məşğulsunuz?
– “İmişli”dən ayrıldıqdan sonra karyeramın növbəti addımını dəyərləndirmək üçün bir qədər vaxt ayırmışam. Futbol mənim üçün böyük sevgidir və hər zaman təcrübəmi, biliklərimi, ambisiyalarımı ortaya qoya biləcəyim layihə axtarıram.
– Təkliflər var?
– Bəzi görüşlərim olub. Ancaq mənim üçün əsas məsələ özümü bir parçası kimi hiss edə biləcəyim bir layihədə yer almaqdır
– “İmişli”də sizi əvəz edən Fərid Namazov da qısa müddət sonra işindən göndərildi. Buna münasibətiniz nədir?
– Vəziyyətlə bağlı nəsə deyə bilmərəm. Namazovu tanımıram və danışmağım doğru olmaz.
– Yenidən təklif olarsa, Azərbayana qayıtmaq istərdiniz?
– Azərbaycanla bağlı müsbət hisslərim var. Bu ölkənin insanlarına və futboluna böyük hörmət bəsləyirəm. “İmişli”dəki təcrübəm karyeramın vacib bir mərhələsi oldu və qarşıya qoyduğumuz məqsədə çatdığımız üçün fəxr edirəm.
Uyğun fürsət yaranarsa, Azərbaycana qayıtmaq variantını, şübhəsiz ki, nəzərdən keçirərəm.
Mənim üçün ən vacib məsələ aydın hədəfləri, qarşılıqlı etimadı və peşəkar fəaliyyət üçün lazımi şəraiti olan ciddi idman layihəsinin bir hissəsi olmaqdır.
Yeni çağırışlara açığam. Azərbaycan isə hər zaman böyük hörmət və rəğbətlə yanaşdığım ölkə olaraq qalacaq.
– “İmişli” karyeranızı necə xatırlayırsınız?
– Çox çalışdıq və mövsüm başa çatmamış əsas məqsədimizə nail olduq. Birlikdə əldə etdiklərimizlə fəxr edirəm. Fikrimcə, futbolda sabitlik çox vacibdir. Komanda qurmaq, futbolçuları inkişaf etdirmək və oyun fəlsəfəsini tətbiq etmək vaxt, səbir və etimad tələb edir. Təbii ki, hər klubun öz gözləntiləri var və hər biri müstəqil qərarlar qəbul edir. Mən də buna hörmətlə yanaşıram.
– Sizi göndərməklə haqsızlıq etdiklərini düşünürsünüz?
– Deyiləsi nəsə yoxdur. Müqaviləmin müddəti bitdi və Portuqaliyaya qayıtdım.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 16 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















