Icma.az
close
up
RU
Azərbaycan futbolunun “El Klasiko”sundan Reportaj

Azərbaycan futbolunun “El Klasiko”sundan Reportaj

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəli, “Qarabağ”la “Neftçi” arasındakı son illərdəki oyunları belə də adlandırmaq olar: futbolumuzun “El Klasiko”su. Və bu oyunu oyun edən, daha doğrusu, adi oyun səviyyəsindən FUTBOLun gözəllik adlı zirvəsinə qaldıran komandaların meydandakı 11 futbolçusu yox, tribunalardakı 12-ci oyunçulardır: “Qarabağ”la “Neftçi”nin azarkeşləri.

90 dəqiqə dayanmadan bu tribunadan o tribunaya, o tribunadan da bu tribunaya atmacalar atan (bəzən hətta etik çərçivələri aşmaqla) fanatlar dünən “Azərsun Arena”da yalnız bircə dəfə, amma necə deyərlər, yerində və zamanında, lazım olan əsl məqamında həmrəylik nümayiş etdirdilər: Vətən və Şəhidlərimizə sayğı anı olan əfsanələşmiş 44-cü dəqiqə gələndə. Onda “Qarabağ”la “Neftçi”nin fanatları artıq çılğın azarkeşlər kimi deyil, el-obasının, yurd-yuvasının təəssübünü çəkən əsl patriotlar kimi davrandılar. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını bir yerdə, bir ağızdan elə ürəklə səsləndirdilər ki, bu dəfə onlar alqışlayan deyil, alqışlanan oldular.

***

Zəfərimizin 5-ci ilinə təsadüf edən bu oyuna Peşəkar Futbol Liqası əsl vətənpərvərlik ab-havası qatmışdı. Matça komandaların şəhid övladları ilə çıxmaları, “Qarabağ”ın meydan sahibi olduğu oyunda topa ilk zərbəni “Neftçi”nin şəhid azarkeşi Rüfət Əsgərovun oğlu Xansuvarın vurması, “Qarabağ”ın şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin atasının xüsusi qonaq kimi oyuna dəvət edilməsi, birinci hissədə “Xudayar təsnifi”nin səslənməsi və sair - bunlar PFL-in davamlı diqqətçəkən və vətənpərvər təşəbbüslərinin davamı idi.

***

Bəs, bu maraqlı oyun niyə “Tofiq Bəhramov”da deyil, kiçik tamaşaçı tutumlu “Azərsun Arena”da keçirilirdi? Rəsmi protokola əsasən, stadionda matçı 4677 tamaşaçı izləyib. Doğrudur, tribunalar tam dolmuşdu. Həm adi tribunalar, həm VİP-lər, həm də “Skybox”lar.

Amma qarşılaşma şəhərin mərkəzi və əlçatan hissəsi olan Respublika stadionuna təyin edilsə idi, bəlkə də azarkeş sayı azı 10 min nəfərə də çatardı. Sualıma “Qarabağ” klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov belə cavab verdi ki, həmin arena “Çelsi” matçının yüklənməsindən təzə çıxıb, həm də Azərbaycan millisi Fransanı noyabrın 16-da “Tofiq Bəhramov”da qəbul edəcək deyə, meydançanı qorumaq lazım gəlib.

Türk qardaşlarımız demiş, milliyə hər şey fəda olsun. Amma milli də gərək fədakar olsun. 1-2 oyunda deyil - həmişə, daim.

Və bu istiqamətdə millinin yeni baş məşqçisi Ayxan Abbasov işə başlayıb. O da oyunda idi, matçı da diqqətlə izləyirdi. Çünki qarşıdakı İslandiya və Fransa ilə DÇ-2026-nın görüşlərinə “Neftçi” və “Qarabağ”dan da futbolçular çağırılıb. Cənab Abbasov şən ab-havada idi, matçın fasiləsi zamanı ayaqüstü söhbət imkanımız da oldu. Fransa millisi ilə son oyunumuzu yada saldı, Kilian Mbappenin adını təkrar-təkrar, həm də ona rəğbətlə qeyd etdi. Və dedi: “Elə qolu (bizim qapıya - A.B.) ancaq Mbappe vura bilərdi”. 

Ayxan müəllim oyunu AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə yanaşı izləyirdi. PFL prezidenti Elxan Səmədov da onlarla bir tribunada idi. Amma yaxşı olar ki, gərək heç olmasa belə oyunlara AFFA prezidenti Rövşən Nəcəf özü də gələ. Sırf o səbəbdən ki, futbol federasiyasının rəhbəri yerli çempionatın oyunlarına da vaxt ayırmalı və birinci o özü başqalarına nümunə olmalıdır.

Yeri gəlmişkən, rəsmi şəxs kimi futbola baxmağı Allah kəssin :)) Oyunları stadionda izləmələri yaxşıdır, amma Eldəniz Zeynalov demiş, emosiya çatmır, emosiya. Onların üzünə matçın əvvəlindən hopmuş soyuq bir ifadə düz 90 dəqiqə dəyişməz qaldı: 2 qol vurulanda da, neçə-neçə təhlükəli epizodlar yarananda da, Piriç və Şahruddin möhtəşəm seyvlər edəndə də.

Təbii ki, bunlar başadüşüləndir. Necə deyərlər, tərəfsizlik məsələsi olmalıdır və vacibdir. Ən azı ictimai yerdə.

Amma əlbəttə, eyni sözləri klub nümayəndələrinə aid etmək olmaz. Həm “Neftçi”,  həm “Qarabağ” rəhbərliyinin yer aldığı sektorlarda həyəcan aşkar hiss olunurdu. Məsələn, qonaqlarla dolu olan Ağdam klubunun “Skybox”unda baş direktor Emrah Çelikel oyun başlayandan ta sona qədər matçı döşəkcəli rahat skamyada oturmaqla deyil, sıravi fan klub azarkeşi kimi ayaqüstə izlədi.

“Qarabağ” tribunasını “Neftçi”nin, “Neftçi” tribunasını “Qarabağ”ın narahat etdiyi anlar az olmadı. Təəssüf ki, bugünkü “Neftçi” “Qarabağ”la yalnız bir hissə oynaya bildi. İkinci hissə komandalar arasındakı güc fərqi özünü daha qabarıq göstərdi, qələbə qazanan “Qarabağ” oldu (2:0).

İnsafən, bu mövsüm “Neftçi”də oyun baxımından irəliləyiş nəzərə çarpır. Baş məşqçi Samir Abasov komandanın 2-3-cü dövrədə istədiyi nəticələri qazanaraq avrokuboklara gedəcəyinin siqnalını verir. Amma reallıqda bu gün Azərbaycanda heç bir komanda mövsümün yekununda “Qarabağ”ı üstələmək gücündə deyil. Onları “Çelsi” uda bilmədi, indi “Qarabağ”a  “Neftçi”nin məğlubiyyəti də faciə olmamalıdır.

“Qarabağ”da qapı etibarlı əllərdədir, müdafiədə “Şuşa qalası” kimi keçilməz sədd qurulub, yarımmüdafiə xətti ümumən yaxşıdır, amma “10” nömrə mövqeyində boşluq görünür. Zubir o mövqedə özü deyil, Kadi də əvvəlki Kadi. Heyf ki, Benzia getdi. Görəsən, indi Ərəbistanda oturub Çempionlar Liqasında 7 xal qazanan “Qarabağ”a baxanda buranı tərk etdiyinə peşmanlıq hissi keçirirmi?

Kamilo Duran oyundan oyuna daha da uyğunlaşır komandaya. Nəriman isə… Bu şanslar ona Qurban Qurbanov tərəfdən bir daha verilməyə bilər. Meydanda olanda qol vurmaq lazımdır. Hücumçunun işi budur. Amma 8 Premyer Liqa matçında cəmi 1 qol yox.

Çünki azarkeş qol istəyir, qələbə arzulayır.

Deməli, hər bir oyunçu təkcə özünü yox, həm də bütün azarkeşi düşünməlidir.

Çünki futbolu futbol edən azarkeşlərdir.

“Qarabağ” - “Neftçi” oyununun azarkeşləri kimi... 

Yeri gəlmişkən, dünən uduzan “Neftçi” olsa da, azarkeşləri stadionu tərk edib küçələrə axışanda da “Neftçi” şüarını dillərindən düşürmədilər.

Deməli, “Neftçi”siz Azərbaycan futbolu yoxdur.

Elə “Qarabağ” kimi.

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri