Azərbaycan G20 Sammitində iştirak edəcək: Trampdan İlham Əliyevə özəl dəvət
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət edib.
Bakupost.az xəbər verir ki, belə bir informasiya ilə Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov çıxış edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakupost.az-a bildirib ki, G20-nin Mayami sammitinə Azərbaycan rəhbərinin dəvət edilməsi ölkəmizin qazandığı böyük nüfuzla bağlıdır:
Sammiti təşkil edən dövlət istədiyi ölkənin rəhbərini belə tədbirlərə dəvət edə bilər. Azərbaycan, Qazaxıstan və Özbəkistan rəhbərlərinin də G20 Liderlər Sammitinə dəvət edilməsi onların beynəlxalq birlikdə qazandıqları böyük nüfuzla bağlıdır. Şəxsən Azərbaycan rəhbərinin Cənubi Qafqazda sülhün təmin edilməsi və qonşu ölkələrlə yaxşı münasibətlərin qurulması istiqamətində fəaliyyəti diqqəti cəlb edib. Vaxtaşırı Amerika Prezidentinin Azərbaycan və Prezident İlham Əıiyevlə bağlı müsbət fikirlərini eşidirik”.
Həmsöhbətimizin sözlərinə görə, ABŞ Azərbaycanı ev sahibliyi edəcəyi tədbirə dəvət edirsə, deməli ölkəmizin səyləri qiymətləndirilir: “Azərbaycan rəhbərinin orada iştirakı tədbirin daha səmərəli keçməsinə töhfə olar. Bu əlbəttə ki, sevindirici xəbərdir. Bundan sonra da Azərbaycan beynəlxalq hüququn işləməsi, əmin-amanlığın təmininə öz töhfəsini verəcək”.
Rüfət Sultan,
Bakupost
Baxış sayı:154
Bu xəbər 06 İyul 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















