Icma.az
close
up
RU
Azərbaycan gəncləri dövlətçilik ənənələrinin davamçılarıdırlar ŞƏRH

Azərbaycan gəncləri dövlətçilik ənənələrinin davamçılarıdırlar ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müstəqil Azərbaycan dövlətində gənclər həmişə mühüm strateji qüvvə kimi dəyərləndirilib. Azərbaycan gəncləri öz növbəsində hər zaman ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Hər il fevralın 2-də qeyd olunan Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, həm də dövlətin gənclərə olan etimadının, onların ölkənin gələcək inkişafında oynadığı rolunun rəsmi ifadəsidir. Bu əlamətdar gün gənclərin milli ideallara sədaqətini, müasir çağırışlara cavab vermək gücünü və ölkənin tərəqqisindəki əvəzsiz yerini bir daha nümayiş etdirir.

Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mərkəzində savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli gəncliyin formalaşdırılması dayanırdı. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Müasir dövrdə gənclər siyasəti yalnız sosial dəstək deyil, eyni zamanda gənclərin potensialının reallaşdırılması, onların qərar qəbuletmə proseslərində fəal iştirakının təmin olunması məqsədini daşıyır.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar. Müstəqil Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edib, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşıb.

Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad 2020-ci il Qarabağ savaşında özünü bir daha doğrultdu. 44 günlük müharibədə Zəfərimizi daha əzəmətli edən isə milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsi oldu. Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatında yüksək vətənpərvərlik ruhunda yetişən gənclərimizin birliyinin bir daha şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfərlə çıxaraq, Prezident cənab İlham Əliyevin etimadını layiqincə doğrultdular. Müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il martın 20-də qalibiyyət zirvəmiz Şuşadan – Cıdır düzündən xalqa müraciəti zamanı qürurla bəyan etdiyi kimi, Vətən müharibəsində qazandığımız şanlı Qələbədə gənc nəslin misilsiz rolu oldu.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Minlərlə gənc könüllü olaraq ordu sıralarına yazıldı, döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərdi. Bu, gəncliyin yalnız bilik və bacarığa deyil, həm də yüksək vətənpərvərlik ruhuna malik olduğunu sübut etdi. Şəhidlərimizin və qazilərimizin əksəriyyətinin gənclərdən ibarət olması bu nəslin Vətənə bağlılığının ən ali göstəricisidir.

“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.” – deyə bildirən Prezident cənab İlham Əliyev tərəfindənölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır.

Fəxr edirik ki, bu gün Azərbaycan gənci həm milli köklərinə bağlı, həm də qlobal dünyada öz yerini tutmağı bacaran bir nəsildir. Onlar açıq fikirli, təşəbbüskar, sosial məsuliyyətli və fəal vətəndaş mövqeyi ilə seçilirlər. Dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi məhz belə gənclərin çiyinlərində dayanır.

2 Fevral – Azərbaycan Gəncləri Günü gəncləri daha böyük hədəflərə səsləyir, onları ölkənin sabahı naminə daha məsuliyyətli, daha fəal olmağa ruhlandırır. Azərbaycan gəncliyi bu etimadı doğrultmağa və dövlətimizin gələcəyini daha da parlaq etməyə qadirdir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri