Icma.az
close
up
RU
Azərbaycan gənclərinin yeni dil marafonu başlayır

Azərbaycan gənclərinin yeni dil marafonu başlayır

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 23-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərində yeni strateji mərhələ açdı. Bu səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən önəmli sənədlər imzalandı. Razılaşmalar ticarət, nəqliyyat, enerji, yüksək texnologiyalar və təhsil kimi sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. Ən diqqətçəkən qərarlardan biri isə Azərbaycan və Çin arasında viza rejiminin ləğvi oldu. Vizasız gediş-gəliş iki ölkə vətəndaşlarının əlaqələrini xeyli asanlaşdıracaq. Bu addım həm turizmi, həm də biznes səfərlərini sürətləndirəcək. Eyni zamanda, təhsil və tələbə mübadiləsi imkanlarını genişləndirəcək. Çinə marağın artması ilə ölkəmizdə Çin dilinə olan tələbat da yüksələcək. Xüsusilə gənclər arasında bu dilə yönəlmə daha da güclənə bilər. Çinin qlobal miqyasda siyasi və iqtisadi təsir dairəsinin genişlənməsi bu tendensiyanı dəstəkləyən əsas amildir. Azərbaycanda fəaliyyət göstərən şirkətlərin Çin bazarı ilə əməkdaşlıq marağı da getdikcə artır. Bu da öz növbəsində Çin dilini bilən kadrlara ehtiyacı artıracaq. Müasir əmək bazarında dil bilikləri artıq strateji üstünlük sayılır. İngilis və rus dillərinin yanında Çin dilinin də əlavə üstünlük kimi seçilməsi gözləniləndir. Bir çox valideynlərin artıq övladlarını Çin dili kurslarına yönəltməsi də bu tendensiyanın ilk siqnalları kimidir. Universitetlərdə Çin dili ilə bağlı proqramların genişlənməsi də mümkündür. Çinin Azərbaycan üçün iri investisiya tərəfdaşı olması bu ehtiyacı daha da artıracaq. Viza rejiminin ləğvi isə bu əlaqələri daha da intensivləşdirəcək. 
Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Çin Xalq Respublikası son illər ərzində dünya miqyasında iqtisadi, texnoloji və elmi sahələrdə ciddi irəliləyişlərə nail olub:

“Xüsusilə sənaye istehsalı, süni intellekt, yüksək texnologiyalar, alternativ enerji və nəqliyyat infrastrukturu sahəsində əldə etdiyi nailiyyətlər Çinin yaxın gələcəkdə qlobal supergücə çevrilmək potensialını daha da gücləndirir. Hazırda Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malikdir və bir çox sahədə, xüsusilə də rəqəmsal texnologiyalar və istehsal gücünə görə birinci yerlərdə qərarlaşır. Bu inkişaf Azərbaycana da mühüm strateji və iqtisadi imkanlar yaradır. Azərbaycan üçün Çinlə əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də texnoloji, nəqliyyat-logistika və enerji sahəsində böyük əhəmiyyət daşıyır. Xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanın coğrafi mövqeyi nəqliyyat və logistika baxımından strateji əhəmiyyətə malikdir. Bu layihə sayəsində Azərbaycan, Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər və bu, ölkəmizə əlavə sərmayələrin cəlb olunmasına, infrastrukturun inkişafına və iş yerlərinin yaradılmasına səbəb ola bilər”.
Millət vəkili vurğulayıb ki, Çinlə texnoloji əməkdaşlıq Azərbaycanda rəqəmsal transformasiya prosesini sürətləndirə bilər:

“Süni intellekt, avtomatlaşdırma və innovativ həllər sahəsində təcrübə mübadiləsi ölkəmizdə yeni texnoloji imkanların yaranmasına şərait yarada bilər. Çinin təcrübəsi göstərir ki, dövlət siyasətində texnologiyaya, elmə və innovasiyaya verilən dəstək uzunmüddətli inkişaf üçün əsas amillərdəndir. Azərbaycan da bu təcrübədən bəhrələnərək öz milli innovasiya strategiyasını daha da gücləndirə bilər. Çinin sürətli inkişafı və supergüc olma yolunda irəliləməsi Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli imkanlar açır. Bu imkanlardan maksimum yararlanmaq üçün hər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı layihələrin həyata keçirilməsi zəruridir. Gələcəkdə Çinlə daha sıx əməkdaşlıq Azərbaycanın dayanıqlı inkişafına və beynəlxalq arenada mövqeyinin daha da güclənməsinə mühüm töhfə verə bilər. Viza rejiminin ləğvi Azərbaycan və Çin arasında insanların birbaşa ünsiyyətini gücləndirəcək və bu, təbii olaraq dil məsələsini ön plana çıxarır. Biz artıq görürük ki, ölkəmizdə Çin dilinə maraq artmaqdadır. Bu dilin öyrənilməsi təkcə mədəni yaxınlaşma deyil, həm də yeni iqtisadi imkanların açılması deməkdir. Azərbaycan gənclərinin ingilis və rus dilləri ilə yanaşı Çin dilini də mənimsəməsi gələcək əmək bazarında böyük üstünlük yaradacaq. Çinin artan qlobal rolunu nəzərə alsaq, bu dilin ölkəmizdə işlək dillərdən birinə çevrilməsi tamamilə realdır. Təhsil müəssisələrinin də Çin dili üzrə proqramları genişləndirməsi vacibdir. Biz dil məsələsini strateji yanaşma ilə idarə etsək, Azərbaycan regional əməkdaşlıqda daha güclü mövqe qazana bilər”
Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib ki, son illərdə Çin Xalq Respublikasının iqtisadi, texnoloji və elmi sahələrdə sürətli inkişafı dünya ictimaiyyətinin diqqət mərkəzindədir:

“Xüsusilə metod və proseslərin yenilənməsi, süni intellektin tətbiqi, rəqəmsal transformasiya və innovativ texnologiyaların inkişaf etdirilməsi baxımından Çin nümunəvi ölkələrdən birinə çevrilib. Bu dinamika onu göstərir ki, Çin yalnız regionda deyil, həm də qlobal səviyyədə liderliyə iddialıdır. Mövcud göstəricilər və inkişaf tempinə əsaslanaraq demək olar ki, yaxın gələcəkdə Çin iqtisadiyyatı daha da güclənəcək, süni intellekt və texnologiya sahəsində aparıcı mövqelərdən birini tutacaq. Bu isə digər ölkələr, o cümlədən Azərbaycan üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır. Azərbaycanın Çinlə iqtisadi və texnoloji sahələrdə tərəfdaşlıq etməsi, bu proseslərdən faydalanması üçün əlverişli zəmin mövcuddur. Xüsusilə nəqliyyat, ticarət, enerji, rəqəmsallaşma və təhsil kimi sahələrdə əməkdaşlıq genişlənə bilər. Çinin gələcəkdə supergüc statusu əldə etməsi reallığa yaxın ehtimaldır”.
Mütəxəssis əlavə edib ki, bu, təkcə iqtisadi və texnoloji güclə deyil, eyni zamanda mədəni nüfuzla da müşayiət olunacaq:
“Çin dilinin beynəlxalq aləmdə daha geniş yayılması, Konfutsi institutlarının müxtəlif ölkələrdə açılması və Çin mədəniyyətinə artan maraq da bu təsirin göstəricisidir. Belə bir şəraitdə Çinlə əlaqələrin inkişafı Azərbaycan üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. Yaxın gələcəkdə biz Çinin daha da inkişaf etdiyini, güc mərkəzinə çevrildiyini və dünya düzənində söz sahibi olduğunu daha açıq şəkildə görəcəyik. Azərbaycanın da bu prosesdə passiv yox, aktiv tərəfdaş kimi çıxış etməsi üçün düzgün strateji yanaşmalar formalaşdırılmalı və əməkdaşlıq imkanları dəyərləndirilməlidir”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri