Icma.az
close
up
RU
Azərbaycan gəncliyi: Cəsarətlə düşmən üzərinə yeriyən vətən övladları

Azərbaycan gəncliyi: Cəsarətlə düşmən üzərinə yeriyən vətən övladları

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün gənclərin potensialını və onların cəmiyyətə təsirini bir daha vurğulamağa xidmət edir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünür.

Azərbaycan gəncləri azad və sabit ölkədə yaşayırlar. Azərbaycan gəncliyinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümumilli Lider gəncləri xalqın gələcəyi adlandırırdı:

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 

Onun 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Burada məqsəd müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək idi. Təbii ki, bu hədəfə nail olundu. Ümumiyyətlə, Heydər Əliyevin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edib.

Ümummilli Liderin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Beləliklə, bugünkü Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyevin əvəzsiz rolu olub. Onun yürütdüyü uğurlu gənclər siyasətinin nəticələri bu gün hər sahədə özünü biruzə verir. 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan gəncliyinin sosial, iqtisadi və mədəni inkişafını təmin etmək məqsədilə həyata keçirilən uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub:

"1993-cü ilin iyun ayında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi, onların yüksək səviyyədə təhsil almaları və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdi. Müxtəlif dövlət orqanlarında gənclərlə iş sahəsindəki fəaliyyətləri daha da səmərəli etmək üçün 1994-cü il 26 iyun Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun bariz nümunəsidir.

Bununla yanaşı, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsi uğurlu gənclər siyasətini stimullaşdıran əsas faktorlardan biridir. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edildi". 

Millət vəkili vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin davamı kimi müasir Azərbaycan gəncliyinin müxtəlif sahələrdə aktiv iştirakı cənab Prezident İlham Əliyev tərəfindən də ən yüksək səviyyədə davam etdirilir:

"Gənclərimizin innovativ ideyalarının inkişafı, öz fərdi bacarıqlarını artırması və vizual sahələrdə yaradıcı fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlərdən biridir. Məhz dövlət rəhbərimizin milli maraqlarımıza söykənən uzaqgörən siyasəti nəticəsində Azərbaycanda vətənpərvər ruhda, bütün dünyaya örnək olan gənclik yetişib.

Şuşanın sıldırım qayalarına əliyalın qalxan, cəsarətlə, çəkinmədən düşmən üzərinə yeriyən və torpaqlarımızı işğaldan azad edərək qürurumuzu bərpa edən vətən övladları Azərbaycan gəncliyinin simasıdır". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri