Icma.az
close
up
RU
Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Müstəqilliyin ilk illərində bir çox sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ciddi boşluqlar mövcud idi. Dövlətin diqqətindən kənarda qalan Azərbaycan gənci özünü yalnız, təcrid olunmuş vəziyyətdə hiss edirdi. Yaranmış bu situasiyadan isə həmin illərdə Azərbaycana asanlıqla ayaq aça bilən xarici qüvvələr, radikal dini təşkilatlar öz maraqları naminə istifadə edə bilirdilər. Nəticə etibarilə Azərbaycan gənci bu diqqətsizliyin sonucunda özünü ölkəyə sirayət etmiş dini ekstremist təşkilatlarda, müxtəlif cərəyanlarda tapırdı.
Ümummilli Lider Heydər Əliyev 90-cı illərin əvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələnə qədər bu mənfi tendensiya davam etdi. 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinlərinə o zaman böyük yük düşürdü. Bir tərəfdən həmin dövrdə ölkəni təhdid edən vətəndaş müharibəsinin qarşısını almalı, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etməli, digər tərəfdən müxtəlif sahələrdə mövcud olan boşluqları, çatışmamazlıqları aradan qaldırmalı idi. Təbii ki, gənclərlə iş də bu sahədə istisna deyildi. Gələcəyə yönəlik bilikli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi üçün onlara diqqət artırılmalı, kənar təsirlərin neytrallaşdırılması üçün ciddi addımlar atılmalı idi. Bir sözlə gənc onun arxasında hansısa xarici ölkə, dini cərəyan və ya ekstremist təşkilatın deyil, Azərbaycan dövlətinin dayandığını hiss etməli idi.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında ölkədə gənclərlə bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1994-cü ildə gənclərlə iş sahəsində konseptual yanaşmanın ortaya qoyulması, 1996-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinin formalaşdırılması istiqamətində atılan mühüm addımlar idi. Bu həm də Azərbaycanda müstəqil dövlət gənclər siyasətinin əsasının qoyulduğunun təzahürü idi. Ümummilli Lider sonrakı dövrlərdə gənclərlə müntəzəm şəkildə bir araya gələrək onların problemləri ilə maraqlanır, təşəbbüslərini dinləyir və həmin təşəbbüslərə öz dəstəyini göstərirdi. Artıq Azərbaycan gənci yad təsirlərdən, xarici amillərdən uzaq idi. Çünki onun arxasında Azərbaycan dövləti dayanırdı. Elə Ulu Öndərin “Mən həmişə gənclərə arxalanmışam” fikri də həm Ümummili Liderin, həm də Azərbaycan dövlətinin gənclərə olan böyük etimadının bariz nümunəsi idi. Heydər Əliyev gənclərin ölkənin taleyində məsuliyyət daşıdığını daim vurğulayaraq, onları müstəqil Azərbaycanın qurucuları kimi görürdü. Bu mənada Ulu Öndər əbəs yerə demirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.
Təsadüfi deyil ki, hər il fevralın 2-də qeyd edilən “Gənclər Günü” də Heydər Əliyevin Azərbaycan gəncinə ən böyük ərmağanıdır. Belə ki, Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən etibarən müntəzəm olaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumundan sonra bu, ənənə halını aldı. İlk Forumda Ulu Öndərin şəxsən iştirak etməsi Heydər Əliyevin gənclərə nə dərəcədə böyük diqqət ayırdığını, onlara etimad göstərdiyini təsdiqləyirdi. 1997-ci il, fevralın 1-də Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Azərbaycanda belə bir günün təsis edilməsi təkcə ölkə tarixində deyil, eyni zamanda MDB məkanında və Şərqi Avropa ölkələri arasında bir ilk idi. Həmin sərəncam əsasında MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Bu həm də Azərbaycanın gənclərə yönəlik siyasətdə bir çox ölkələri qabaqladığını ortaya qoyurdu. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən bir müddət sonra, daha dəqiq desək 1998-ci il avqustun 8-12-də keçirilən gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Heydər Əliyev gənclərin bllikli, bacarıqlı, intelektual səviyyəli olmasını tövsiyə edir, bu istiqamətdə müvafiq addımlar atırdı. Bu mənada Ulu Öndərin ötən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, eləcə də ittifaq zamanı Moksvada çalışdığı dövrdə xarici ölkələrə azərbaycanlı tələbələrin göndərilməsi ənənəsi yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməyə başlandı və bu proses daha da inkişaf etdirildi. Nəticə etibarilə, 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü ki, bu da gənclərdə əlavə stimul yaradır, onların elmə, təhsilə marağını daha da artırırdı. Heydər Əliyevin ali məktəblərə yüksək balla daxil olmuş gənclərə “Prezident təqaüdü”nün verilməsi barədə qərarı Ulu Öndərin həm gənclərə, həm də onların daha bilikli, bacarıqlı olmasına yönəlik diqqətinin, siyasətinin bariz nümunəsi idi.
Ümumiyyətlə, Ümummilli Lider müstəqil Azərbaycana rəhərlik etdiyi illərdə gənclərə yönəlik bir sıra fərman və sərəncamlar imzalaylb ki, bu da onların gələcək həyatında, elm və intelektual səviyyələrinin artmasında mühüm rol oynayıb. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nın hazırlanması, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüdün təsis edilməsi, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılması, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bunun əyani sübutudur.
Günümüzdə dövlət gənclər siyasəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları və çağırışlarına uyğun olaraq yeni mərhələyə qədəm qoyub. Gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakı təşviq olunur. “Azərbaycan gəncliyi” dövlət proqramları, Gənclər Fondu, könüllülük hərəkatları, paytaxt və bölgələrdə açılan “Gənclər Ev”ləri, startap və innovasiya layihələri, 2019-cu ildən etibarən keçirilən “Yüksəliş” müsabiqəsi gənclərin potensialının reallaşmasına geniş imkanlar yaradır. Bütün bunlar həm də gənclərin vətənpərvər ruhda böyüməsi, formalaşması, eyni zamanda onların sosiallaşmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması həm dövlət başçısının gənclərə olan diqqət və qayğısının tərənnümü, həm də əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyinin göstərici idi.
Cənab İlham Əliyev də Ulu Öndər kimi gənclərin bilik və bacarıqlı olması, müasir tenologiyalara yiyələnməsi, ölkəmiz üçün kadr ordusunun formalaşması istiqamətində müvafiq addımlar atır, müntəzəm olaraq bu məqsədlərə xidmət edən fərman və sərəncamlar imzalayır, dövlət proqramları təsdiq edir. Bu mənada Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları xüsusi əhəmiyyət kəsb edir. Sözügedən proqramlar əsasında indiyə qədər minlərlə Azərbaycan gənci xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuyaraq ölkəmizin bütün istiqamətlər üzrə kadr potensialının formalaşmasına zəmin yaradıb. Elə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə həmin kadrların, eləcə də Ulu Öndərin siyasəti nəticəsində yetişmiş vətənpərvər gənclərin xidmətləri müstəsna təşkil edirdi.
Göründüyü kimi Azərbaycanda dövlət gənclər siyasəti ardıcıl və strateji xarakter daşıyır. Əgər Ulu Öndər Heydər Əliyev bu siyasətin ideoloji və institusional əsaslarını yaratmışdısa, Cənab İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə quraraq uğurla davam və inkilşaf etdirir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub və bu proses müsbət dinamika ilə davam edir.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri