Icma.az
close
up
RU
Azərbaycan gəncliyi yeniliklərə imza atmaqda böyük potensiala malikdir

Azərbaycan gəncliyi yeniliklərə imza atmaqda böyük potensiala malikdir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ümummilli Lider vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir. Dahi şəxsiyyətin bu çağırışının davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Azərbaycan gənclərinin dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənməsi, inkişaf etdirməsi və qoruması qarşıya mühüm vəzifə kimi qoyuldu. Müasir müstəqil Azərbaycanın hədəflərinin reallığa çevrilməsinə öz böyük töhfələrini verməyə qadir gənclərimiz vardır. Azərbaycan gənclər ölkəsidir. Əhalinin böyük qismini gənclər təşkil edir. Gənclər daim yenilikçi, təkmilləşməyə meyilli olur. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncləri vətənpərvərliyi, torpağa bağlılığı ilə dünyaya səs saldı. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycanın dünyaya təqdim etdiyi dirçəliş modeli özündə bütün yenilikləri əks etdirir. Bu isə öz növbəsində gələcəklə bağlı mühüm çağırışlara yol açır.  

      Yeni nəslin üzərinə düşən vəzifələri “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır” fikirləri ilə bildirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz xoşbəxt, parlaq gələcəyə doğru inamla irəliləyirlər.  Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları, özəl sahələrdə qazandıqları nailiyyətləri ilə güclü intellektual potensiala malik olduqlarını Vətənə xidmətləri ilə bildirən Azərbaycan gəncliyi dünyada mövcud olan ən müasir texnologiyalar əsasında yeniliklərə imza atmaqda fərqlənirlər. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq görərik ki, gənclərimiz bu sahədə qazandıqları bilikləri ilə ölkəmizin inkişafına davamlı töhfələr verirlər. Gənclərimizin yenilikçi, böyük potensiala malik olmaları onların dövlət idarəçiliyində irəli çəkilmələrində əhəmiyyətli rol oynayır. Azərbaycan innovasiyalar ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirir. Təkcə ötən il çərçivəsində gənclərin innovativ inkişafına diqqət yetirmək kifayətdir. 2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2 055 gənc iştirak etmişdir.

Daim yeniliyə maraq göstərən gənclərimiz müasir dövrün tələblərinə uyğun olaraq öz bilik və bacarıqlarını artırır, qalib, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərin  gerçəkləşməsinə öz töhfələrini vermək istiqamətində səylərini daha da artırırlar.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Fevral 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri