Icma.az
close
up
RU
Azərbaycan geosiyasi proseslərdə FAVORİTDİR

Azərbaycan geosiyasi proseslərdə FAVORİTDİR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə görüşü Azərbaycanın qlobal və regional nüfuzunu, onun əvəzolunmaz və etibarlı tərəfdaş statusunu bir qədər də möhkəmləndirdi. Müşahidələr Prezident İlham Əliyevin ölkəmizi sürətlə beynəlxalq proseslərin əsas aktorlarından birinə çevirdiyini göstərir. Belə ki, Çinin Tiencin şəhərində baş tutan görüşlər zamanı həm dünya liderlərinin, həm də iri şirkət rəhbərlərinin Bakı ilə təmaslarda hədsiz maraqlı görünməsi Azərbaycanın həqiqətən də geosiyasi proseslərin favoriti olduğunu sübuta yetirir.
Lakin sammit günlərində siyasi riyakarlıq və ikili standartların üzə çıxması da diqqətdən qaçmadı. Hindistan tərəfindən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv seçilməsinə anlaşılmaz vetonun qoyulması məhz bu ikili standart və riyakarlığın nəticəsidir. 
Asiya “nəhəngi”nin hədəfində kimdir?
Qeyd edək ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinin şəxsi dəvəti ilə bu ölkədə düzənlənən iki mühüm tədbirdə iştirak etməsi Azərbaycanın diplomatik uğurudur. Əvvəla, hər iki dövlətin qoşulduğu regional nəqliyyat layihələri, prezidentin bu ilin aprelində Çinə dövlət səfəri çərçivəsində imzalanan “Hərtərəfli Tərəfdaşlıq Haqqında Bəyanat” uzun müddətə Azərbaycan-Çin əməkdaşlığının əsas istiqamətlərini müəyyən edir.
 

İkincisi, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv seçilmək təşəbbüsü məhz cənab Si Cinpinə məxsusdur. Odur ki, Hindistanın özünün anlaşılmaz “məntiqi” ilə Azərbaycanın ŞƏT-ə qəbuluna veto qoyması tək Bakıya deyil, həm də Pekinə hörmətsizlikdir.


Doğrudur, Hindistan tərəfi verdiyi qərarın yanlış olduğunu qısa müddətdə anlayaraq məsələni texniki müstəviyə keçirməyə çalışır və bildirir ki, Azərbaycanın üzvlüyünə vaxt qıtlığı səbəbindən baxa bilməyiblər. Əslində isə, Nyu-Dehlinin məlum davranışı son illər Hindistanın Azərbaycana qarşı tutduğu siyasi mövqenin mahiyyəti ilə izah olunmalıdır.
Hindistan rəsmi Bakının Pakistanla dostluq münasibətlərini açıq qısqanır və bunu əsas götürərək Ermənistana hərtərəfli dəstək verir. Həm silah yardımı ilə, həm beynəlxalq təşkilatlarda vahid mövqe ortaya qoymaq, həm də hay məmləkətini regional nəqliyyat marşrutlarının iştirakçısına çevirməyə çalışmaqla... Pakistanla Kəşmir məsələsi üzündən bir neçə ay bundan öncə münaqişəli vəziyyətə düşən hind tərəfinin aqressivliyinin kökündə Azərbaycanın sözügedən hadisələr zamanı məhz Pakistanın yanında yer alması faktoru durur.
Nyu-Dehli-Moskva tandemi: Hədəf Bakıdır
Hindistanın mövqeyi ilə bağlı məsələ aydındır. Ancaq bəzi KİV-lər Nyu-Dehlinin anti-Azərbaycan siyasətinin pərdə arxasından Rusiya diplomatiyası tərəfindən istiqamətləndirildiyini iddia edir. AZAL-a məxsus təyyarənin Qroznı səmasında rus hərbçiləri tərəfindən vurulmasından sonra Bakı-Moskva münasibətlərində yaranmış gərginlik görünür, bu kimi qeyri-dost hərəkətlərlə davam etdirilir.
Hərçənd, Pekin platformasında - Tiananmen meydanında keçirilən hərbi paradın başlanmasından bir qədər öncə Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı ilə salamlaşmasından sonra bir çoxları münasibətlərin tədricən yoluna düşməyə başlayacağı barədə versiyalar səsləndirdi.
 

Bəli, uzun müddətdir ki, Bakı-Moskva əlaqələrində ciddi soyuqluq müşahidə olunur. AZAL təyyarəsinin vurulması, bunun ardınca rus təbliğat maşınının Azərbaycana qarşı dezinformasiya kampaniyasına başlaması, eləcə də, Yekaterinburqda azərbaycanlılara qarşı total hücumların təşkili faktiki, dövlətlərarası təmasları qırılma nöqtəsinə çatdırıb.


Lakin bu da son deyil. Rus cəmiyyətində kobud şəkildə təzahür edən neofaşizm elementləri, digər millətlərin aşağılanması, ən çox hədəf götürülənlər sırasında özbək, qazax, qırğızlarla bərabər azərbaycanlıların da yer alması proseslərin neqativ məcrada inkişaf etdiyinin göstəricisidir. Bu baxımdan əksər mütəxəssislər Şanxay platformasında Azərbaycan və Rusiya liderlərinin yaranmış gərginliyə son qoymaq üçün praktik addımlar atacağını düşünürdülər. Bu ehtimalları Rusiya liderinin Pekində keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyevlə görüşə toxunması və Bakı-Moskva əlaqələrinin indiki vəziyyətinə dair açıqlama verməsi də artırırdı.
Ancaq görünür, Kremlin Azərbaycanla bağlı siyasətində konstruktiv relsə keçməsi üçün bir müddət də gözləmək lazım gələcək.
Doğrudur, Vladimir Putin dövlətlərarası münasibətlərdə belə halların olduğunu və onların qısa müddətdən sonra aradan qaldırıldığını deyir. O üzdən əgər Şimal dövləti cənab Putinin dediyi kimi, hər şeyi öz yerinə qoymaq istəyirsə, o zaman tələsməlidir. Əks halda, Kremldən gələn direktivləri azğıncasına həyata keçirən “hüquq-mühafizə orqanları” və Moskvanın “trollar şəbəkəsi” qarşılıqlı əlaqələrin bərpasına olan ümidləri tamamilə məhv edəcəklər.
Kremlin şərti yumşalma prosesinə təkan verməyəcək
Problem ondadır ki, şimal dövləti yumşalmanı müəyyən şərtlər irəli sürməklə həyata keçirmək niyyətindədir. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın “Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq” açıqlaması belə düşünməyə əsas verir. Baş nazirin müavini Aleksey Overçuk da deyir ki, Azərbaycan saxlanılan 13 rus vətəndaşını azad etsə, bu, normallaşma istiqamətində atılan mühüm addım olacaq.
 

Rusiya diplomatiya idarəsi onu da bildirir ki, AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkənlərə kompensasiya ödənilir. Ancaq bu bəyanat həqiqətləri təhrif etməkdir.


Azərbaycan Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı yaydığı bəyanatda deyilir ki, Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır ki, həyata keçirilir. Adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.
Nazirlik onu da bəyan edir ki, rəsmi Moskvanın 13 Rusiya vətəndaşının həbs olunmasını münasibətlərin pisləşməsi səbəbi kimi təqdim etməsi yanlışdır. Əsas səbəb məhz AZAL təyyarəsinin vurulması, bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışdır. Eləcə də, etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburqda azərbaycanlıların döyülərək qətlə yetirilmələri münasibətlərdə əlavə gərginlik yaradır. Nəhayət, şimal dövlətinin Bakı-İrəvan sülh dialoquna qısqanc yanaşması da ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasındadır.
 

Əgər bura Aleksey Overçukun “Moskva Azərbaycan və Ermənistan arasında Vaşinqtonda paraflanmış sülh razılaşmasına ehtiyatlı optimizlə baxır” açıqlamasını da əlavə etsək, Rusiyanın 8 avqust sənədindən tam məmnun qalmadığını söyləmək olar.


Son günlər sıravi rusiyalıların müsəlman xalqlarının təmsilçilərinə qarşı açıq hücumları, onları “rusların qulu” adlandırmaları isə Şimal dövlətinin nəinki Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya xalqlarına münasibətdə tərəfdaşlıq meyarlarına uyğun davranış seçmədiyini sübuta yetirir. 
“Velikorus şovinizmi”ndən uzaqlaşmaq mütləqdir
Beləliklə, Rusiya-Azərbaycan münasibətlərində konstruktivlik yalnız Kremlin ölkəmiz əleyhinə atdığı ədalətsiz addımları dayandırması, eləcə də, duma deputatları, media təmsilçiləri səviyyəsində anti-Azərbaycan propoqandasını dayandırması şərti altında yarana bilər. Hələ ki, bu istiqamətdə praktik səylər görünmür. Əksinə, rus mediası rəsmi Bakının 13 rus vətəndaşının buraxılmasında maraqlı olduğunu tirajlamaqla yenə də “velikorus şovinizmi” tezislərindən çıxış edir.
Başqa sözlə desək, Moskva keçmiş sovetlər birliyi üzrə müttəfiqləri qarşısında hər hansı reveransa getmir və istənilən qərarı qarşı tərəfin güzəşti kimi yozmağa çalışır. Məhz bu təfəkkür tərzi dəyişilməlidir. Rusiya tərəfi təfəkkür tərzini dəyişməsə, tək Azərbaycanda deyil, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, hətta Çində də nüfuzunu birdəfəlik itirə bilər.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri