Icma.az
close
up
RU
Azərbaycan geri çəkilməyəcək: Rusiya tələbləri yerinə yetirməli olacaq

Azərbaycan geri çəkilməyəcək: Rusiya tələbləri yerinə yetirməli olacaq

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. 

Vida mərasimi başa çatdıqdan sonra Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibə verib. "Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarənin qəzaya uğramasının səbəblərinə toxunan dövlət başçısı Rusiyadan qəzanın baş verməsində rolu olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib. "Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir.

İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. 

Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”,-deyə Prezident bildirib. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ölkə Prezidentinin idarəçilik sistemində və siyasi fəaliyyətində xalqımızın firəvanlığı və təhlükəsizliyi önəmli yer tutur:

“2003-ci ildən bu günə qədər Prezident İlham Əliyev bu kimi məsələlərə çox ciddi şəkildə xalqa sədaqət nümayiş etdirib. 

Təyyarəmiz qəzaya uğrayan gün Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində MDB-nin sammitində iştirak etmək üçün səfərə yollanmışdı. Uçuş zamanı qəza ilə bağlı xəbər Prezidentə çatdırıldıqdan sonra dövlət başçısı dərhal səfərini təxirə salıb ölkəyə geri döndü. Elə Bakı Hava Limanında Prezident İlham Əliyev hökumət nümayindələrinə məsələnin operativ şəkildə nəzarətə götürülməsini və müvafiq addımların atılmasını tapşırdı. Qəzanın səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə komissiya yaradıldı. Cənab Prezident İlham Əliyev Rusiyanın əyalət səviyyəsində edilən təkliflərini dərhal rədd edib beynəlxalq komissiyanın yaradılması üçün qəti mövqe ortalığa qoydu. 

Prezidentin bu mövqeyi həqiqətən, təqdirəlayiqdir. Bununla yanaşı, Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanın üzərində vurulub. Dövlət başçısı Rusiyanın dövlət qurumları və kütləvi informasiya vasitələrini qəzanın səbəblərini manipulyasiya etməkdə ifşa etdi”. 

O bildirib ki, dövlət başçımızın qətiyyətli mövqeyi sahəsində Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vurub baş vermiş hadisəyə görə üzürxahlığını bildirdi:

“Rusiyanın digər dövlət rəsmiləri də Azərbaycandan üzr istədilər. 

Partiya rəhbəri olaraq, hesab edirəm ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir. Qəzanın baş verməsində rolu olan şəxslər məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalı, eyni zamanda qəzada həlak olanların ailələrinə təzminat ödənilməlidir. 

Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri