Icma.az
close
up
RU
Azərbaycan gimnastı “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb

Azərbaycan gimnastı “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb

Azərbaycanın tamblinq üzrə gimnastı Tofiq Əliyev Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Tofiq Əliyev 2014-cü ildən etibarən keçirilən bu yarışda üçüncü dəfə iştirak edib.

Qeyd edək ki, “FaceOFF” fərqli formatı və unikal qaydaları ilə seçilir. İdmançılar ən yaxşı çıxışlarını təqdim etmək üçün üz-üzə mübarizə aparır, bu da tamaşaçılar üçün idman şousuna çevrilir. Yarış idmançıların texniki bacarıqları və artistik performanslarını ən yüksək səviyyədə nümayiş etdirməsi üçün ideal platformadır.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:46
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri