Azərbaycan gimnastı: Hədəfimiz Avropa çempionatında qızıl medal qazanmaqdır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə, 10 noyabr, AZƏRTAC
Yeddi ildir ki, aerobika gimnastikası ilə məşğul oluram.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatının iştirakçısı Təhminə İbrahimova deyib.
Bu gün təsnifat yarışında mübarizə aparan gənc gimnast hədəflərinin birinci yer olduğunu bildirib: “Turnirə yaxşı hazırlaşmışıq. Hər şey ideal təşkil olunub. Layiq olduğumuz birinci yeri tutmaq istəyirik”.
Digər gimnast Ayan Talıbova Avropa çempionatına iki ildir hazırlaşdığını söyləyib: “Əlimizdən gələni edib, Azərbaycana medal qazandırmaq istəyirik”.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır. Ötən gün start götürən yarışa noyabrın 11-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 10 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















