Azərbaycan gimnastları Bakıdakı turnirdə gümüş medal qazanıblar
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycanın yeniyetmə bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində gümüş medal qazanıblar.
"Cebheinfo.az" xəbər verir ki, Azadə Atakişiyeva və Şəms Ağahüseynova komanda hesabında ikinci yeri tutublar.
Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xalla mükafata sahib çıxıb. Qazaxıstan (100,700) birinci, Gürcüstan (94,950) üçüncü yeri tutub.
Bundan əlavə, dörd yeniyetmə finala vəsiqəni təmin edib. Azadə Atakişiyeva gürzlərlə hərəkətlərdə təsnifat mərhələsinin qalibi olubsa, Fidan Qurbanlı da bu yarışda ilk səkkizliyə düşüb. Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Qeyd edək ki, beynəlxalq turnir martın 30-da başa çatacaq.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Mart 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















