Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
SİA Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib.
Gömrük əməkdaşı vətəndaşı "Qırmızı kanal"a yönləndirib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zaman həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:150
Bu xəbər 10 Fevral 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















