Azərbaycan güləşçiləri Qazaxıstanda 2 qızıl medal qazandılar
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib.
QOL.az xəbər verir ki, Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış edib. Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

