Azərbaycan güləşçiləri Türkiyədə keçirilən Memorialı 8 medalla başa vurublar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirin son günündə bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, Hacıyevin fəxri küsünün üçüncü pilləsinə qalxmasından sonra Memorialda qazanılan medalların sayı 8-ə çatıb.
Xatırladaq ki, öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəst güləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.
Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 İyun 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















