Azərbaycan güləşçiləri U 23 dünya çempionatında tarixi uğura imza atıblar
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın 23 yaşadək güləşçiləri 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatında tarixi uğura imza atıblar.
Gununsesi.info xəbər verir ki, təmsilçilərimiz son olaraq Serbiyanın Novi Sad şəhərində reallaşan mundialda 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə mükafatların əyarına görə ən yaxşı nəticəni göstəriblər.
Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dən (5-2-4) sonra 4-cü yeri tutub.
Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















