Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
Icma.az bildirir, Apasport portalına istinadən.
Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib.
Apasport.az xəbər verir ki, sentyabrın 5-6-da baş tutan və sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan turnirdə 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, eləcə də məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən Azərbaycan millisinin 8 üzvü fəxri kürsüyə yüksəlib.
Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) qızıl medal qazanıb.
Osman Nurmaqomedov (92 kq) və Xetaq Karsanov (125 kq) ikinci yeri tutub.
Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə bürünc medala sahib olub.
Beləliklə, Azərbaycan millisi ənənəvi turniri 3 qızıl, 2 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 8 medalla başa vurub.
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu Dünya çempionatının sonuncu günündə 2 medal Güləşçimiz dünya çempionatının finalında Günay və Ruzanna dünya ikincisi oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 Sentyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















