Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazanıb
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
QOL.az xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.
Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.
B.Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.
Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10.
Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 İyul 2026 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















