Azərbaycan güləşçisi Türkiyədə qızıl medal qazanıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 iyun, AZƏRTAC
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.
Azərbaycan millisinin üzvü Ali Tsokayev 86 kiloqramda uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.
Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

Azərbaycan güləşçisi qızıl medal qazanıb
30 Noyabr 2024 08:39
Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb
18 Noyabr 2024 09:06
Azərbaycan idmançısı Türkiyədə qızıl medal qazanıb
20 İyul 2025 22:16
Azərbaycan güləşçisi Qazaxıstanda qızıl medal qazanıb
29 Noyabr 2024 23:22

