Azərbaycan Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyəti institutun rektoru polkovnik Elnur Ələsgərli ilə görüşüb.
Görüşdə Azərbaycanın hərbi təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, görülən işlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib.
Tərəflər, həmçinin hərbi təhsilin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Qarşılıqlı hədiyyə mübadiləsindən sonra xatirə fotosu çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Noyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















